‡агрузка...

Sarıköklə sirkəni qarışdırın- İnanılmaz müalicə üsulu

 
Soğan, sarımsaq və zəncəfil uzun illədir ki, müalicəvi xüsusiyyətləri ilə tanınır. Eyni şeyi zəncəfilin "qohumu" sayılan sarıkök haqda da demək mümkündür.
 
Bəs bu bitkiləri qarışdırsaq nə baş verər?

Bu bitkiləri qarışdırsaq virusəleyhinə, göbələkəleyhinə, qan və limfa dövranını yaxşılaşdıran, immuniteti artıran güclü bir içki əldə etmək mümkündür.

Oxu24.com  medicina.az-a istinadən həmin içkinin reseptini təqdim edir:

Bu içkinin tərkibində olan hər bir inqrediyent bir-birinə təsir edərək güclü müalicəvi qarışım yaradır.

Soğan güclü antioksidantdır. Bu ərzaq bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alaraq, orqanizmi təmizləyir.
 

Qışda xəstələnməmək üçün mütəmadi olaraq sarımsaq yemək lazımdır. Onun tərkibində olan allisin maddəsi güclü mikrobəleyhinə təsirə malikdir.

Zəncəfil də mikrobəleyhinə və iltihabəliyhinə təsirə malikdir. Zəncəfil demək olar ki, bütün xəstəliklərdə çox faydalıdır. Bu bitki pis xolesterinin əmələ gəlməsinin qarşısını alır, təqyiqi salır və arıqlamağa kömək edir.
 

Sarıkök - bu bitki yalnız ətirli ədviyyat deyil, həm də bakteriyaəleyhinə vasitədir. Kəsik zamanı onun çox az bir hissəsini yaraya tökmək kifayət edir ki, toxumaların bərpası sürətlənsin. Bu bitkinin kökləri efir yağları ilə, təbii antibiotik hesab olunan kurkumin və tumeron maddələri ilə zəngindir.
 
 

İçkinin tərkibində olan başqa bir faydalı bitki qırmızı istiotdur.Onun tərkibində olan piperin maddəsi sarıkökün aktivliyini 2 dəfəyə qədər artırır.

TƏLƏB OLUNAN ƏRZAQLAR

•2 x/q sarıkök tozu
•700 ml təbii alma sirkəsi
•1/4 stəkan əzilmiş sarımsaq
•1/4 stəkan əzilmiş soğan
•2 ədəd acı istiot
•1/4 stəkan sürtgəcdən keçirilmiş zəncəfil
•2 x/q sürtkəcdən keçirilmiş qıtıqotu (xren) kökü
 

HAZIRLANMASI

Sirkədən başqa bütün məhsulları şüşə qaba tökün. Daha sonra onların üzərini örtəcək qədər alma sirkəsi tökün. Bankanın ağzını möhkəm bağlayın və bir neçə dəfə möhkəm çalxalayın. Bankanı 2 həftə qaranlıq və sərin yerdə saxlayın. Gündə bir neçə dəfə çalxalamaq lazımdır.

2 həftədən sonra qarışımı sıxın və süzün. Əmələ gələn içkini soyuducuda saxlamaq lazımdır.

İstifadəsi:

Qarışımı zeytun yağı ilə qarışdıraraq salatlara əlavə edə bilərsiniz. İmmuniteti artırmaq və soyuqdəyməni müalicə etmək üçün qarışımdan hər gün 1 x/q için. Amma əvvəlcə həkimlə məsləhətləşin. Çünki onun tərkibində olan yandırıcı maddələr hər kəsin orqanizminə düşməyə bilər.
loading...




Paylaş:


12-fev, 2019 330
Загрузка...
loading...