Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9289
az

Metroda qızıl üzük tapan jurnalistdən nümunəvi hərəkət - Sahibi axtarılır - FOTO

18:5625 Yanvar, 2019
988
  • A
Yanvarın 24-də axşam evə gedərkən metronun "20 Yanvar" stansiyasının perronunda nişan üzüyü tapan jurnalist Rəsul Mirhəşimli onu polisə təhvil verib.

Oxu24.com xəbər verir ki, bu barədə R.Mirhəşimli özü məlumat yayıb:

"Üzük tapılan vaxt təxminən saat 20:43 olardı. Tapdığım üzüyü metro stansiyasındakı polis əməkdaşlarına təhvil verdim. Polis işçiləri akt tərtib edib, üzüyü təhvil aldılar. Bildirdilər ki, üzüyü itirən şəxs əgər onu bu stansiya ərazisində itirdiyini ehtimal edərsə, bir həftə müddətində onlara müraciət edə bilər. Kamera görüntülərinə baxış keçirərək, üzüyün həmin şəxsdən düşüb, düşmədiyi müəyyən ediləcək və sahibinə qaytarılacaq. Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək".
 

O qeyd edib ki, üzük stansiyanın perronunda "Dərnəgül" istiqamətinə gedən qatarların birinci və ikinci vaqonlarına yaxın ərazidə tapılıb. Üzüyü taparkən iki həmkarı da onunla bir yerdə olub:

"Dua edək ki, Allahın izni ilə üzüyün sahibi tezliklə tapılsın. Nişan üzüyünün itirilməsi üzüntüsündən onu itirən şəxs tezliklə qurtarsın, inşəAllah!"


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...” - VİDEO
Boşanan qadın 400 evlilik təklifi aldı: Görün nə etdi
Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi - Örnək həyat hekayəsi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Paşinyanın arvadını fitə basdılar - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir