Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
761
az

Külək niyə əsir? Əsməsə, nə olar?

23:5617 Aprel, 2018
1158
  • A
 İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.

"Ey Mufəzzəl! Səni küləkdən və onun xüsusiyyətlərindən agah edim. Məgər görmürsənmi ki, külək qalxan və yatan zaman nə müsibətlər baş verir? Canlar həlak olmaq təhlükəsində qalır. Sağlamları xəstə, xəstələri həlak edir. Meyvələri məhv edir. Yaşıllıqları çirkləndirir və faydasız edir. Ardınca vəba gətirir və tarladakı məhsulu məhv edir.

Oxu24.com  deyerler.org-a istinadən bildirir ki, ona görə də küləyin əsməsi Müdrik Allahın tədbir və hikmətidir ki, aləmin xeyirinə fəaliyyət göstərməkdədir.

Əsən küləyin cinsi havadandır. Külək bədənləri sərinləşdirər. Buludları bir tərəfdən başqa tərəfə aparar ki, dağılsınlar. Yağış yağdırsınlar ki, faydası hamıya çatsın. O zaman ki, yağar -  külək buludları bir-birindən ayırar. Gəmiləri hərəkətə gətirər. Yeməyi lətif və yeyilə biləcək edər. Suyu soyudar və atəşi alovlandırar. Tərli olan şeyləri qurudar.

Xülasə, əgər külək və hava olmasaydı bitkilər solar, heyvanlar ölər və hər şey məhv olardı.

Səs, havada meydana gələr və onu qulaqlara çatdırar. İnsanlar (həmin) səslə gün ərzində və gecə vaxtı bir-biri ilə danışarlar. Əgər bu sözlərin təsiri kağızda yazının qalması kimi qalsaydı, havada da qalardı. Bu da onların ziyanına səbəb olardı.

Hava - bu bədənlərin həyat mənbəyidir. Tənəffüs vasitəsilə cismin daxilində havanın alınması və xaric edilməsi baş verər. İyləri bir tərəfdən başqa tərəfə ötürər. Məgər görmürsənmi ki, o tərəfdən ki, külək gələr - iy də gələr. Müdrik Allah bu havanı gizli kağız qərar vermişdir ki, sözləri həml etsin. Sonra onu (kağızı) məhv edər və yenidən pakizə və ağ edər. Bu iş arası kəsilmədən baş verər. Ona görə də bu havadan və onda gizlənənlərdən ibrət götür". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur