‡агрузка...

Tənha qadın, xoşbəxtsənmi?

"Daha bəsdir! Tənhalıqdan bezmişəm. Ürəyiməyatan biri olsa münasibət quracam"... Bu, özünü yalqız hiss edən hər bir qadının ürəyindən keçən sözlərdir... Qadınlar onun qonur gözlərinin vurğunudur. Onun cəlbedici baxışları qızları ahunrəba kimi özünə tərəf çəkir. Amma o, iki saatdan bir sənə zəng edib, birlikdə nahar etməyə can atır. Çox nəvazişli, perspektivli, bacarıqlı insandır. Həm də sənə təriflər yağdırmaqdan doymur. Sən isə bunun müqabilində onda hansısa bir qüsur axtarırsan. Ürəyini şübhələr didir, bəhanələr axtarırsan. Problemin onda yox, səndə olduğu açıq-aşkar ortadadır. Sadəcə, həqiqət odur ki, sizin sevgi əsl deyil. Bunu isə ancaq sən bilirsən.

Oxu24.com axşam.az-a istinadən tənhalığın səbəblərini təqdim edir:

1. Bridcet Cons sindromu

"Kaş həmişə dar olan şalvarım bu dəfə əynimə rahat gələydi və məhz o- sevdiyim insan mənə komplimentlər deyəydi...". Təbii ki, bu, sənin üçün xəyaldan artıq bir şey deyil. Çünki sən özünü yaxşı olan heç nəyə layiq bilmirsən. Dünən kafedə yan masada oturan qarayanız, "şirin" oğlan sənə tərəf baxmadı? Sən isə bunu çox istəyirdin. O zaman sənin üçün ən ideal çıxış yolu şokoladlı pirojna yeyib, qəhərini şirniyyat ilə öldürmək idi. Nəticə: 1 kq. artıq çəki və bir az da eybəcərləşmək!

Bu, sənin xasiyyətindir!
• Düşünürsən ki, qarşılaşdığın hər problem sənin sevgilisiz olmağın ucbatından baş verir.

• Parklarda əl-ələ gəzib, qol-boyun olub, sevişən gənclər səni əsəbiləşdirir. Onları "ədəbsiz" adlandırırsan.

• Tədbirlərdən imtina edirsən. Çünki ora dəvətnamə ikinəfərlikdir.

• Kinoteatrda yeni premyeralardan xəbərsizsən. Çünki düşünürsən ki, kinoya tək getmək ancaq ağılsızların ağlına gələ bilər.

Çıxış yolu
Əgər sən tərəfə heç kim baxmırsa, problemi özündə axtar. Hər oğlanın rədd cavabı müqabilində depressiyaya düşsən, daha da uçuruma yuvarlanarsan. Beləcə, ömür boyu tək qalmaq ehtimalı 99%-ə çatacaq. Qarşına bir kağız qoyub, əlinə qələm götür. Vərəqdə "Plan №1" yaz. Qarşındakı ilk və konkret məqsəd özünə layiqli bir oğlan
tapmaqdır. Əgər bu günə kimi hazırkı imicin və xasiyyətinlə yaxşı heç nə əldə edə bilməmisənsə, demək, dəyişmək zamanıdır. Bunun üçün həm xasiyyətində, həm də görkəmində əməlli- başlı dəyişiklik etməlisən.

Qızlar arasında sənin də danışmağa sözün olsun deyə, kimlə oldu münasibət qurmaq olmaz. Söhbət naminə qurulan münasibət qısaömürlü romana gətirib çıxarır. Bu "sevgi oyununda" qəlbi qırılan məhz sən olacaqsan. Rəfiqələrinin şəxsi həyatına müdaxilə etməsinə imkan vermə. Tənha olduğunu görüb, kompaniya xatirinə səni
kiminləsə tanış etməyə çalışajaqlar. Rəfiqələrinin "filankəsin dostu çox gözəl, imkanlı oğlandır. Ağlın olsun, onu əldən buraxma. Elə onun da səndən xoşu gəlir" kimi sözləri sənə böyük ümidlər verəcək. Münasibət isə evliliklə yox, ayrılıqla bitəcək.

2. Şəxsi həyatında vəziyyət necədir?!

Ailə bir araya gəlib. Hamı masa arxasında səni gözləyir. Anan zəng vurur: "Qızım, nə qədər işləmək olar? Bütün
qohumlar masa arxasında səni gözləyir. Yenicə ərə getmiş dayınqızı da yoldaşı ilə bizdədir". Qohumlar isə: "Biz artıq onun gecikməyinə öyrəşmişik. Qızın başı işdən ayılsa, ərə gedərdi. Artıq vaxtı da keçir. O, heç bu haqda fikirləşir?".

Bu, sənin xasiyyətindir!
• Camaatın gözündən pərdə asmaq üçün şəxsi həyatın barəsində verilən suallara min cür "məntiqli" cavab tapacaqsan. "Müasir iş qadınıyam. Mənə ər lazım deyil" kimi sözlərlə ancaq özünü aldada bilərsən. Amma ürəyində deyirsən ki, bu cür həyat sənə lazım deyil.

• Özünə bahalı geyimlər, aksesuarlar, maşın, hətta ev də alırsan. Amma qəlb boşluğunu doldura bilirsənmi?

Çıxış yolu
Sənin kimi qadınların tənhalığının və qısaömürlü romanlarının səbəbi ideal kişi axtarışıdır. Sən beynində canlandırdığın kişi obrazını hələ də tapmamısan. Çünki heç kimi özünə layiq bilmirsən. Düşünürsən ki, sənin ağ
atlı şahzadən dünyanın o biri başında da olsa, gəlib səni tapacaq. Deyəsən, nağıllara çox inanırsan?! Bəzən sənin
kimi qadınlar öz sevgilərini virtual həyatda axtarırlar. Qohum-əqraba arasında da belə deyirlər: "O, xaricdə yaşayır, gəlib, məni oraya aparacaq". Kim deyir ki, bu, yalandır? Sən də bunun həqiqət olduğuna inanırsan. Amma unutma ki, virtual romanların ömrü normal həyatda yaşanan sevgi macəralarından daha az olur. Başını boş-boş fikirlərlə doldurmaqdansa, ətrafındakı insanların müsbət cəhətlərini görməyə çalış. Hər kəsin çatışmayan cəhəti var. Bunu qəbul etməksə böyük hünər tələb edir. Əgər gələcək həyatında xoşbəxt olmaq istəyirsənsə, qüsurları qəbul etməyə çalış. Axı sən də eyibsiz deyilsən. Qısaömürlü romanların tənha səbəbkarları...

Avropada 30-54 yaş arasında olan qadınların 48%-i tənhadır.

Sən təksən, çünki istedadlısan?
Çoxlu sevgililərinin olmasına baxmayaraq, moda şahzadəsi Koko Şanel də tənha qadınlar siyahısına daxil idi.
Şanel ən varlı və tanınmış kişilərlə münasibət qurub, onlardan borc pul götürür, sonradan borcunu "unudaraq",
geri qaytarmırdı. Aldığı pulların müqabilində heç "çox sağ ol" da demirdi. Bir kişi ilə uzun sevgi münasibəti yaşamaq onu darıxdırırdı. Bu, Şanelin həyat prinsipi idi. Çünki Şanel özünə inanır, istedadına və şarmına arxayın idi.

Yelezaveta - Bakirə şahzadə
İngiltərənin şahzadəsi kişilərlə münasibətdən və ərə getməkdən çəkinirdi. O, bütün güjünü və istedadını siyasətə sərf edir, kəbinli qadın olmaqdan qorxurdu. "Qadın diplomat olmalıdır" devizi ilə yaşayan Yelezavetanın əsas
məqsədi İngiltərənin inkişafı idi.

Alimlərin dili ilə desək...

Britaniya sosioloqlorı belə qənaətə gəliblər ki, qadının xoşbəxt olması üçün ona ideal kişi yox, sadəcə, onun varlığı kifayətdir. Həkimlərin araşdırmalarına görə isə tənha qadınlar fiziki cəhətdən sağlam olurlar. Amma kişilərdə isə hər şey əksinədir. Tənha kişilər evlilərə nisbətən, daha çox depressiyadan əziyyət çəkirlər. Tənha qadınlar isə evlilərə nisbətən, daha xoşbəxtdirlər.
loading...




Paylaş:


24-iyl, 2018 424
loading...
Загрузка...
loading...