Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20058
az

Azərbaycanda bu telekanal bağlandı

11:5320 Noyabr, 2019
1037
  • A
 
Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.

Bu barədə Oxu.Az-a "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib.
Onun sözlərinə görə, "ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması barədə qərar qəbul edilib. Buna "ARB Ulduz”un ölkənin reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilməməsi səbəb olub."Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Musiqi yönümlü tematik kanal olan "ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi.

"ARB Media Qrup”a daxil olan digər tematik kanal olan "ARB Günəş”in taleyi barədə də danışan Ozal İbrahimli bildirib ki, "ARB Günəş” Azərbaycanın ilk və yeganə tematik uşaq kanalıdır.

Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alaraq, "ARB Media Qrup” daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı
Bir ay şəkər yeməsəniz nə olar?

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət