Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17925
az

Mömin can verəndə kimləri görər?

22:2314 Sentyabr, 2019
1455
  • A
 İlahi rəhmətlə əhatə olunmuş can verən mömini mələklər qarşılamaqla yanaşı, İlahi Övliyalar da onun görüşünə gələrlər. Can verən zaman bu görüş onun ruhuna təskinlik verər.

Həqiqətdə bu, həmin möminin öz İmamı (ə) ilə yaratdığı o məhəbbətli rabitənin səmərəsidir. O mömin ki, özünü Məsum İmamların (ə) vilayəti altında hiss edər və bunu qəbul edər, qəlbən İmamı ilə rabitə qurar və ona sevgi bəsləyər, onun düşmənləri ilə düşmən olar və dostları ilə dost olar - bu əməllərinin səmərəsi ölüm zamanı İlahi Övliyalar ilə görüş simasında təcəlli olar.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "O zaman ki, möminlə danışmaq arasda pərdə yaranar, yəni danışa bilməz, Allahın Peyğəmbəri (s) və Allahın istədiyi insanlar gələrlər. Peyğəmbər (s) onun sağ tərəfində və qalanları isə sol tərəfində əyləşərlər. Peyğəmbər (s) danışmağa başlayar: "O şeyə ki, ümidvar idin, indi səninlə üz-üzədir". (Yəni, Peyğəmbər (s) və İmamlar (ə)). Amma o şeydən ki, qorxurdun (küfr), ondan amandasan". Sonra behiştin qapısı üzünə açılar və Allahın Rəsulu (s) buyurar: "Bu, sənin behiştdəki mənzilindir. Əgər istəyirsənsə, səni dünyaya qaytaraq". O, bu zaman deyər: "Mənim dünyaya ehtiyacım yoxdur"".

Bu hədisdən görürük ki, ölüm anında mömin üçün bu görüş o qədər ləzzətverici olur ki, dünyaya qayıtmaq istəmir. Bu, o möminlərə aiddir ki, vilayət yolunda addımlayırlar.

Sədir Sirəfi nəql edir: "Əbi Abdullaha ərz etdim: "Ey Allahın Rəsulunun oğlu! Möminin ruhunu verməkdən ikrahı varmı?". Həzrət (ə) buyurur: "Allaha and olsun ki, o zaman ki, ölüm mələyi ruhunu almaq üçün gələr, o, narahatlığını bildirər. Ölüm mələyi ona deyər: "Ey Allahın vəlisi! Narahat olma! Muhəmmədi (ə) məbus edən Allaha and olsun ki, sənin üçün atandan da mehribanam. Gözlərini aç və gör". Bu zaman Peyğəmbər (s), İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və onların övladları həmin şəxsə təcəssüm olar. Bu zaman Ölüm mələyi deyər: "Bu - Peyğəmbər (s), İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və İmamlardır (ə) ki, səninlə bir yerdədirlər". Həmin şəxs gözlərini açar və Allah tərəfindən nida verən onu çağırıb deyər: "Ey o nəfs ki, Muhəmməd (s) və Əhli-beyti (ə) ilə rahatlıq tapdın. Pərvərdigarına tərəf qayıt. O halda ki, İmamların (ə) vilayətini qəbul etmisən və Sübhan Allah tərəfindən bəyənilmişsən. Ona görə də bəndələrimin zümrəsinə daxil ol və behiştə daxil ol"".

Bəs vilayət yolunun düşmənləri necə, Həzrətlə (ə) görüşə biləcəklərmi?

Bəli, hədislərə əsasən onlar da bu Həzrətlə (ə) görüşəcəklər. Ancaq tamamilə fərqli şəkildə.

İmam Sadiq (ə) buyurur: "O kəslər ki, düşmənlərimizi düşmən hesab edərlər, o halda öləcəklər ki, Peyğəmbər (s), İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) can verən zaman onun kənarında olacaqdır. Əgər kimsə bizi sevmirsə, o, müqəddəs zatı onunla düşmən halda görəcəkdir".

Başqa hədisdə oxuyuruq: "Hər mömin və münafiq, ölümü zamanı Həzrət Əmirəl-mömini (ə) görəcəkdir".

Beləliklə deyə bilərik ki, Əhli-beyti (ə) özünə vilayət sayan və onun kölgəsində tərbiyə alan möminlər can verən zaman Məsumlarla (ə) görüşəcəklər. Kafirlər də o cür. Ancaq Məsumlar (ə) kafirləri düşmən kimi qarşılayacaqlar, möminləri isə dost kimi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...” - VİDEO
Boşanan qadın 400 evlilik təklifi aldı: Görün nə etdi
Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi - Örnək həyat hekayəsi

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO