Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14403
az

\"S-400\" müdafiə sistemini ərsəyə gətirən AZƏRBAYCANLI KİMDİR?

10:5911 İyun, 2019
999
  • A
 
Hava hücumundan müdafiə sistemləri arasında Rusiya istehsalı olan “S-300” və “S-400” raketləri qabaqcıl yer tutur.

Lakin indi bizi cəlb edən, bu raketlərin digər müasirləri ilə müqayisədə sahib olduğu üstünlükləri deyil. Sən demə, bu silahların ərsəyə gəlməsində azərbaycanlı, texnika elmleri doktoru İqor Aşurbəylinin də əməyi var imiş.

TANITIM:

İqor Aşurbəyli 1963-cü il sentyabr ayının 9-da Bakıda anadan olub. Atası Rauf, anasının adı isə Yelizavetadır. Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ildə isə Azərbaycan Sənaye İnsitutunun diplomuna sahib olub. Aşurbəyli Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. O, Rafiq Əliyevin rəhbərliyi altında 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri" olub.

Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri işləyən Aşurbəyli, 2001-2011-ci illərdə  "Almaz-Antey" konstruktor bürosunun rəhbəri postunda çalışıb. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300” və “S-400” raketlərinin istehsalı ilə məşhurlaşıb.

İqor Rauf oğlu Aşurbəyli bir çox mükafatların, o cümlədən, “Şərəf” ordeni, “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının, "İlin adamı” milli mükafatının və digər xatirə medallarının laureatıdır. Hətta ruslar onun barəsində film də çəkib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

04.04.2024 - Aprelin güzgü TARİXİ: Bu bürclərin həyatını kökündən dəyişdirəcək
Fotoda  gizlənən timsahı kim görür?  —  İQ TESTİ
KONDİSONER GÖRÜN İNSANA NƏ EDİR - 90 % İnsanın XƏBƏRİ YOXDUR

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR