Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14292
az

Qubada tanınmış oteldə biabırçı mənzərə - Foto

15:3407 İyun, 2019
1565
  • A
 
İstirahət üçün Qubaya üz tutan vətəndaş Fuad Məmmədov "Retro" oteldə xoşagəlməz mənzərə ilə qarşılaşıb.

Oxu24.com  xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

F. Məmmədov onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" görüb:

"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.


Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".

Əməkdaşımız məsələ ilə bağlı sözügedən otellə əlaqə saxlayıb. Fotolarla tanış olan otel nümayəndəsi xoşagəlməz mənzərəni şərh etməkdən boyun qaçırıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.

Daha tez məlumatlanmaq üçün  Facebook səhifəmizi  BƏYƏNİN
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi
Rusiyada nadir çiçək tapılıb
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü