Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13925
az

Dişi anakonda erkək olmadan balaladı

22:5029 May, 2019
981
  • A
ABŞ-ın Boston şəhərindəki heyvanxanada maraqlı hadisə baş verib. Erkək anakondalarla kontaktda olmayan dişi anakondanın balası olub. Bu barədə Daily Mirror məlumat yayıb.

Oxu24.com istinadən bildirir ki, Anna adı verilən dişi anakonda akvariumda saxlanılırdı. Onun balalarından yalnız ikisinin sağ qaldığı bildirilir.

Mütəxəssislərin bildirdiyinə görə, ilan partenogenez çoxalma forması ilə balalayıb. DNT analizi mütəxəssislərin fikrini təsdiqləyib. Bala anakondalar analarının genetikası ilə eyniyyət təşkil edib. Bu hal bu günə qədər anakondalarda mövcud olan ikinci partenogenez hadisəsidir.

Anakondalar uzunluğu 5 metrə çatan zəhərsiz ilanlardır.Onlar yumurta qoymur, 6-7 ay hamiləlik müddətindən sonra 28-48 bala doğurlar.

2002-ci ildə akvariumda saxlanılan akula da analoji üsulla bala vermişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...” - VİDEO
Boşanan qadın 400 evlilik təklifi aldı: Görün nə etdi
Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi - Örnək həyat hekayəsi

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu