Oxu24.com saytının müsahibi Azərbaycanın tanınmış həkim –kosmetoloq Səadət Fərzəliyevadır. O, müsahibəsində son günlər geniş yayılmış cərrahi müdaxilə olmadan burun əyriliklərinin, aradan qaldırılmasından, üzdə yaranan qırışların tamamilə yox edilməsindən və digər tibbi prosedurlardan danışıb.
Həkim barədə qısa arayış:
1998- 2005-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Bu sahədə bir müddət işlədikdən sonra ixtisas artırmaq məqsədi ilə Azərbaycanda bir sıra tanınmış həkim-kosmetoloqların yanında özəl dərs alıb. Onlar arasında Sevinc Abdullayeva, Sevinc Səmədova və Sevinc Rüstəmzadə kimi tanınmış simalar var. Təkmilləşmə məqsədi ilə Dağıstanda, Türkiyədə,Gürcüstanda, Fransada beynəlxalq seminarlarda iştirak edib.
- Səadət xanım, söhbətimizə elə burun şəkilləndirilməsinin mahiyyətindən başlayaq. Burun əyriliyi cərrahi müdaxilə olmadan necə aradan qaldırılır?
- Üz nayihəsi insan bədəninin ən əhəmiyyətli hissələrindən biridir. İnsanın xarici görünüşündə burunun rolu böyükdür. Burunda olan qüsur həm kişilərdə, həm də qadınlarda bir sıra komplekslərə səbəb olur. Bəzi insanlar plastik əməliyyata üz tutsa da, bir çoxları bundan qorxduğu üçün bu komplekslə yaşamağa məcbur olur. Bizim əsas işimiz əməliyyatdan qorxan xanımlara və bəylərə yardım etməkdir. Bu proses təbii gel vasitəsi ilə həyata keçirilir.
-Burunun düzəldilməsində istifadə olunan həmin maddədən danışaq.Orqanizmə hər hansı mənfi təsiri ehtimalı varmı?
- Burun korreksiyası üçün fərqli dolğu maddələri istifadə olunur. Bunların içərisində dünyada məşhur olan və ən etibarlısı olan “Hyaluron turşusu” tərkibli təbii dolğu maddələridir.Bunlar təbbi dolğulardır. Orqanizm üçün heç bir zərəri olmadığı üçün hər kəs müraciət edə bilər.Biz bir neçə firmanın dolğusundan istifadə edirik. Ancaq onların əsasən tərkibi eynidir. Mən bir həkim kosmetoloq kimi süni dolğulardan istifadənin əleyhinəyəm. Bu orqanizm üçün fəsadlar verə bilər.
- Proses barədə danışaq. Bu gel vasitəsi ilə burunda hansı problemləri aradan qaldırmaq mümkündür?
- Burun əyrilikləri tamamilə aradan qaldırıla və yüngülləşdirilə bilər. Burun ucu qaldırıla bilər. Burunda simmetriya problemləri həll edilə bilər. Bundan əlavə rinoplastika əməliyyatı nəticəsində yaranan problemləri biz bu gel vasitəsi ilə tam aradan qaldırıla bilirik. Həmçinin burunun alına birləşən hissəsində olan boşluqlar doldurula , burunun uzunluğu yığıla və enliliyi azaldıla bilər. Bütün bu proseslərin həyata keçirilməsi üçün xəstənin müayinə edilməsi və ətraflı şəkildə analiz edilməsi tələb olunur.
-Daha əvvəl əməliyyat edilmiş burunlarda burun dolğusu tətbiq edilə bilərmi?
-Əməliyyat sonrası istənilən nəticələrin əldə edilə bilmədiyi hallarda əməliyyatsız burun korreksiyası ilə problemlərin həlli mümkündür. Beləliklə xəstə ikinci dəfə əməliyyat olmaqdan qurtulmuş olur.
-Burun dolğusunun orta qalıcılıq müddəti nə qədərdir?
- İstifadə olunan dolğunun növünə, miqdarına və pasientin bioloji xüsusiyyətlərinə bağlı olaraq dolğunun qalıcılıq müddəti 6 ilə 18 ay arasında dəyişir. 10-15 dəqiqədə reallaşdırılan əməliyyatsız burun korreksiyası nəticəsində siz 18 aya qədər arzu etdiyiniz burun formasına sahib olursunuz. Dolğunun təsiri keçdikdən sonra proseduru təkrar edə bilərsiniz. Son zamanlar istifadə olunan hidrofilik gellərin tətbiqi ilə prosedurun qalıcılıq müddəti 5-8 ilə qədər artırılıb.
- Əməliyyatdan əvvəl sınama məqsədi ilə edilə bilərmi?
-Bəli edilə bilər.Xüsusilə burun əməliyyatı mövzusunda dəqiq qərar verə bilməmiş olan pasientlərimizə keçici burun dolğusu tətbiq edilərək,onda burun əməliyyatından sonra burnun necə görünəcəyi barədə təsəvvür yaradılır.
-Burun dolğusu zamanı ağrı olurmu?
-Prosedurda istifadə olunan dolğu maddəsinin içərisində anestezik maddə var. Bununla yanaşı prosedurdan əvvəl buruna anetezik kremin tətbiqi və prosedur əsnasında xüsusi soyuducu vasitələrin tətbiqi ilə prosedurun ağrısız olması təmin edilir.
-Nəticəni hansı müddətə görmək olur?
-Nəticəni elə dolğu buruna edildikdən dərhal sonra görmək mümkündür. Biz ala bilmədiyimiz nəticəni növbəti korreksiyada əldə edirik. Korreksiya təxminən 2 həftə müddəti nəzərdə tutulur.
-Burun dolğusunun qiyməti nə qədərdir?
-Burun dolğusunun qiyməti 200 manatdır. Korreksiya tərəfimizdən pulsuz həyata keçirilir.
- Bəs burun dolğusunun hansı fəsadı ola bilər?
-Ümumilikdə qeyd olunan maddə orqanizmə uyğun olduğu üçün fəsadlar müşahidə olunmur. Amma heç bir həkim,kosmetoloq hadisədən sığortalanmayıb. Əgər belə hal baş verərsə, həkim ona müdaxilə etməyi bacarmalıdır.
-İstərdim xarici ölkələrdə keçdiyiniz kurslardan danışaq. Hansı ölkələrdə bu sahə üzrə kurslarda iştirak etmisiniz?
- İlk olaraq ölkəmizdə kifayət qədər tanınmış həkim-kasmetoloqlardan özəl təhsil almışam. Bundan əlavə bu sahə üzrə peşəkar mütəxəssis olan Dağıstanın məşhur həkimi Gamedovdan özəl təhsil almışam. Ankarada professor Erol Koçun yanında dolğu və botokslarla bağlı xüsusi kurslar keçmişəm. Bundan əlavə Gürcüstanda,Fransada və digər ölkələrdə xüsusi seminarlarda iştirak etmişəm. Hesab edirəm ki, peşəkar həkim-kasmetoloq hər zaman üzərində çalışmalıdır.
-Biz daha çox burun korreksiyasından danışdıq. Amma sizin üzdə,alında, göz ətrafında olan qırışların açılmasında uğurlu nəticələrinizi gördüm. İstərdim bu sahədən danışaq.
- Xanımlarımız, bəylərimiz göz ətrafı, alında, ağız ətrafı qırışlardan hər zaman kompleks yaşayır. Bizim mərkəzdə bütün bunların həlli yüksək səviyyədə mümkündür. Bununla bağlı bəylərimiz və xanımlarımız bizə müraciət edə bilər. Bir sözlə üzdə bütün estetik müdaxilələr bizim mərkəzdə mümkündür.
Həkim-kasmetoloq Səadət Fərzəliyeva ilə əlaqə saxlamaq istəyənlər üçün vasitələr: Mobil: 050 774 74 47 (zəng və vatsap) İnstagram hesabı Ünvan: Bakı şəhəri, Rəşid Behbudov 144 ( Xarici Dillər Universitetinin yaxınlığı)
Qeyd: Oxu24.com saytından müsahibəni oxuyub və saytın adından həkimə müraciət edən şəxslər xüsusi endirim əldə edəcək.
ŞƏRHLƏR