Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12264
az

Bakıda 500-mindən çox sahibsiz it var - Çoxu quduzdur

14:0022 Aprel, 2019
530
  • A
 
Sulutəpədə 4 yaşlı  Hüseyn Məmişovun küçədə itin hücumuna məruz qalması sahibsiz itlərlə bağlı mövzunu yenidən gündəmə gətirib. İt azyaşlının yanaq nahiyəsini parçalayıb, gözünə xəsarət yetirib.  

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakıda sahibsiz itlərin sayı son vaxtlar xeyli artıb. Eyni zamanda, itlərin insanlara və xüsusilə də uşaqlara hücumlarının sayı çoxalıb. Ən təhlükəlisi də bu itlərin çoxunun quduz olmasıdır.

Bu kimi faktlar günü gündən artmaqdadır. Heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb və insanların sağlamlığı açıq-aşkar təhlükədədir. Mövcud vəziyyət isə xeyli insanı narahat edib.

Görülən işlərə baxmayaraq hələ də sahibsiz itlərin artımı və yaratdığı təhlükə qalmaqdadır. Aidiyyəti qurumlar məsələnin kökündən həlli üçün əlavə tədbirlər görməlidirlər. Müxtəlif mənbələrin məlumatına görə, hazırda paytaxtın ərazısındə 500 mindən çox sahibsiz it var və onların sayı artmaqdadır.    

Avropanın heç bir paytaxt şəhərində, eləcə də iri şəhərlərdə küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Bəs biz nəyi gözləyirik, gözləyirik ki, Binəqədidəki hadisə başqa yerlərdə də baş versin, uşaqlar, böyüklər ziyan çəksin.

Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları ciddi tədbirlər görməlidirlər. Bu işlərdə adi vətəndaşlar da onlara kömək göstərməlidirlər. Bizdə isə əksinə olaraq bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olur, hansı səbəblərdənsə Balaxanıdakı Mərkəzin işini pozmağa çalışırlar. Onlar başa düşmürlər ki, xəstə, sahibsiz heyvanlar övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı
Bir ay şəkər yeməsəniz nə olar?

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü