Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11153
az

Tatu və xallar.

21:2921 Mart, 2019
1226
  • A
 Xal nədir? Xallar, və yaxud nevuslar, dəri səthinin xoşxassəli törəmələridir və epidermis hüceyrələrinin inkişafındakı qüsurların nəticəsidir. Məhz bu səbəbdən anadangəlmə xallar çox vaxt uşağın hələ ana bətnindəki dövründə və ya doğulandan az müddət sonra yaranır. Lakin, daha tez-tez nevuslar bir sıra faktorların təsiri nəticəsində (məs., günəş şüaları) insanın həyatı boyu yaranır. Dəri hüceyrələri melaninlə dolur və bir yerə toplaşır, nəticədə xal əmələ gəlir. Piqment ləkələrinin yaranma səbəblərindən biri cinsi inkişaf və hamiləlik dövründə hormonal fonun dəyişməsidir - bu müddətdə xalların əmələ gəlmə ehtimalı daha yüksəkdir.

Tatu elətdirməkdə israrlısınızsa nəyə fikir verməlisiniz?
İkl öncə tatu döydürmək istədiyiniz sahəyə nəzər salın. İstədiyiniz tatu xal və ya xallar yığınının üzərindən keçəcəkmi? Savadlı mütəxəssis birmənalı olaraq tatuların xalların üzərindən keçməsinin bütün orqanizm üçün fəsadlar törədə biləcəyini deyəcək. Peşəkar tatu ustaları heç vaxt tatunu xal üzərində döydürməz, çünki xala fiziki və kimyəvi təsir gələcəkdə piqment ləkəsinin əmələ gəlməsinə və hətta onun bədxassəli törəməyə çevrilməsinə gətirib çıxara bilər. Bu səbəbdən, peşəkar ustalar bir qaydaya əməl edirlər: xal ətrafında 5 sm sahə toxunulmazdır.

Tatuların təhlükəsi nədən ibarətdir?
Tatunun döydürülməsi bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər: HİV, hepatit B, C, müxtəlif allergik reaksiyalar, infeksiyanın daxil olması, iltihabi proseslər. Sadalananlar tatu ustalarının qeyri-peşəkarlığı, məsuliyyətsizliyi nəticəsi olur. İstifadə olunan alətlər lazımi qaydada sterilizasiya olunmur, boyalar uzun müddət açıq qabda qalır, gigiyenik qaydalara lazımi səviyyədə riayət olunmur. Buna görə, tatu salonunun və tatunu döydürəcək üstanın seçiminə çox diqqətli yanaşmaq lazımdır. Tatu üçün istifadə olunan boyaların nə qədər müasir və ziyansız olduğunu desələr də onların tərkibində insan orqanizmi tərəfindən fərqli qəbul olunan toksik komponentlər və ağır metallar mövcuddur.

Öz sağlamlığına önəm verən hər bir şəxs xalların bədxassəli melanomaya çevrilməsinin əsas əlamətlərindən xəbərdar olmalıdır: xalın rənginin bədəndə olan digər xalların rəngindən fərqlənməsi; asimmetrik vəziyyət; qeyri-düzgün kənarlar; nevusun diametrinin 0,5 sm-dən artıq olması; qeyri-hamar səthlər; ölçülərin böyüməsi. Tatu elətdirmək fikrində israrlı olanlar bu əlamətləri mütləq bilməli və mövcud xallara mütəmadi olaraq nəzarət etməlidirlər.

Götürülmüş xalın yerində tatu döydürmək olarmı?
Xal tam olaraq götürülübsə və dəridə nevusun kökləri qalmayıbsa olar. Bunun üçün müasir metodlardan istifadə etmək məsləhətdir. Nevusların lazerlə götürülməsi prosedurdan sonra dəri üzərində çapıqların əmələ gəlməməsinə imkan verir. Qeyd etmək lazımdır ki, cərrahi yolla götürülən xalın yerində mikro-çapıq qala bilər.

Tatu nə qədər populyar olsa da onun risk faktorlarını da nəzərə almaq lazımdır. Çünki bu kosmetoloji prosedur nəticəsində ağır infeksiyalara yoluxma, daxili orqanların zədələnməsi ilə nəticələnə biləcək allergik reaksiyalar yarana bilər. Tatu zamanı istifadə olunan boyalar dərinin dərin səthlərinə yeridilir, boya komponentləri hətta daxili orqanlara daxil olaraq ağır xəstəliklərə səbəb ola bilər. İynə və boya nevusları zədələyə və nəticədə nevusun melanomaya çevrilməsinə gətirib çıxara bilər. Melanomalar isə insan orqanizminin istənilən orqanına metastazlar verə bilir. Bu səbəbdən tatu döydürməyin riskli olduğu şübhəsizdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...” - VİDEO
Boşanan qadın 400 evlilik təklifi aldı: Görün nə etdi
Xadimə işlədi, ali məktəbi qırmızı diplomla bitirdi - Örnək həyat hekayəsi

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO