Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10931
az

Münasibətlərdə QADIN ENERGETİKASININ rolu və gücü: Kişilərdən 9 dəfə...

08:5515 Mart, 2019
1581
  • A
 Ailə rifahı, sağlamlıq və maddi zənginlik axınını təmin etmək üçün qadın enerjisini necə doldurmaq olar?
"Qadın nə istəyirsə, Allah da onu istəyir" - bu məsəli unikal qadın təbiətinə hörmətlə yanaşan kişilər deyib. Şərq fəlsəfəsinə əsasən kişi günəş və od enerjisinə malik olduğu üçün bütün məqsədlərə nail ola bilər. Və onu yalnız iki mənbədən əldə etmək olar: Tanrı ilə ünsiyyətdən və ya Aydan hərtərəfli enerji alan yaradıcı və yumşaq xarakterli qadından.
Qadın potensialını necə üzə çıxartmaq olar?
Günəş və ay, in və yan enerjisinin qarşılıqlı cazibə və tamamlayıcı mübadiləsi ilə ən möhkəm cütlüklər yaranır. Lakin bu müvəffəqiyyət əsasən qadından asılıdır. Kişi enerjinin təbiətini dəyişə bilməsə də, qadın buna qadirdir. Yalnız kişi davranışı və xarakterini mənimsəyən qadın günəşin enerjisini udaraq ətrafa aqressiya yaymağa başlayır. Beləliklə, kişi şüuraltı olaraq partnyorunda cazibədar nimfanı (yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları) görməkdən imtina edərək, ona rəqib kimi baxmağa başlayır.
Qadınlar daxili enerjinin disbalansının bədəlini xəstəlik və şəxsi həyatdakı uğursuzluqla ödəyir. Onların əks cinslə uzun müddətli münasibətləri olmur, ya ailədaxili münaqişələr baş verir, ya da evin bütün qayğı və maddi vəziyyəti qadın çiyinlərinə düşür. Onların səhhətində, xüsusilə süd vəzi və uşaqlıqda ciddi problemlər yaranır. Qadın təbiəti öz mahiyyətinə qayıtmayana qədər problemlərin heç biri çözülməyəcək. Bəs öz potensialını necə inkişaf etdirməli?
Publika.az oxucuları məşhur yoq Radxa Qiri Matacinin qadınlara verdiyi məsləhətlər ilə tanış edib.
Qadın sevgidən toxunmuşdur
Niyə qadınlar kişi xarakterinə sahib olaraq həm öz şəxsi həyatını, həm də sağlamlığını risk altına salır?
Qadın enerjisi sevgidən, yaratmaq, qəbul etmək və öyrətmək qabiliyyətlərindən toxunur. Əgər qadın özündə bu keyfiyyətləri inkişaf etdirir və onlarla razılıq əsasında yaşayırsa, o, hər şeyin ölçüsünü bilir, dərin sükut və özünəinam hissinə malikdir ki, bu da onun gözəlliyinə, sağlamlığına birbaşa təsir edir, hormonlar, sinir və endrokin sistemi balanslı şəkildə çalışır.
Qadın həyatın bütün sahələrinə nəzarət etməyə çalışdığı zaman dinclik vəziyyətindən çıxır, qəzəblənməyə başlayır. Bu isə hormonlarda kəskin dəyişikliyə, kişi enerjisinin qapanmasına, özünün də zəifləməsinə gətirib çıxarır. Nəticə etibarı ilə öz-özünə yenilənən çay yerinə qurumuş mənbəyə çevrilir. Kainat qanunlarına əsasən, qadın hətta özü üçün dayazlaşmağa başlayır, seçilmiş partnyoruna ahəngdar enerji və güc ötürülməsi haqqında danışmağa ümumiyyətlə dəyməz. Cütlüyün münasibətlərində başlayan enerji çatışmazlığı aqressiya, mübahisələr, xəstəliklər və maddi çətinliklər ilə davam edir.
Qadın enerjisini dağıdan 3 fakt
Hansı səhvlər və hərəkətlər qadında ay enerjisinin itirilməsinə səbəb olur?
Qadını daxilən məhv edən dərin qorxular aşağıdakılardır:
İlk faktor - kişinin məsuliyyət götürə, qorumaq və təhlükəsizliyi təmin edə biləcəyinə inanmamaqdır.
İkinci - hər gün yeni imkanlar və zövqlər becərilən dünyada qadının hər şeyə sahib olmaq və hər şeyi sınaqdan keçirmək istəyinin olması.
Bu iki amilin birləşməsi nəticəsində problemlər üzə çıxır, qadının bahalı şuba, xarici ölkələrdə səyahət, lüks ev və s. istəkləri çoxalır. Bu zaman qadın xəyallarını gerçəkləşdirmək üçün kişini ilhamlandırmaq yerinə, həyatının böyük səhvini edir: situasiyanı qəbul etmək yerinə, irad bildirir və ailəni təmin edən kişi rolunu öz üzərinə götürür. Qadın biznes-ledi ola bilər, amma bəzən cütlüklərdə məsuliyyətlərin bölüşdürülməsi tarazlığı pozulur, kişi enerjisi məhv olmağa və az pul qazanmağa başlayır.
Üçüncü səhv cinsəl azadlıq trendinə ayaq uydurmaq. Günəş enerjisinə əsasən kişi fəth edəndir. Lakin ilk görüşdən kişinin bütün istəklərinə razı olan qadın kişi üçün öz sehrini itirir. Belə əlçatanlıq qadının dəyərini aşağı salır və kişiyə onun məsuliyyətini çəkmək üçün heç bir stimul vermir. O, zamanla qadına qarşı marağını itirir və rahatlaşır.
Sevgi ilə oynayan, bir neçə partnyoru olan qadın getdikcə cinsi enerjini itirərək onların hər biri üçün enerji donoruna çevrilir. Daha bir təhlükə ondan ibarətdir ki, belə münasibətlərdə sadəcə infeksiyalar deyil, həm də enerji mübadiləsi baş verir. Beləcə qadın başqalarının problem və karmasını özünə tərəf çəkə bilər.
Emosional baxımdan qadınlar kişilərdən 9 dəfə daha güclüdür!
Gördüyünüz kimi, bir çox problemlər qadının öz yanlış davranışları üzündən yaradır. Bütün bunları özünə hörmət etməyi öyrənməklə, kişiyə daha çox sevgi, etibar və səlahiyyət verməklə düzəltmək mümkün olar. Buna konsultasiyaya gəlmiş bir xəstəmi misal çəkə bilərəm. O, məşhur şirkətlərin birində çox yüksək vəzifədə çalışır və bütün gücünü demək olar ki, işinə sərf edirdi. Bir müddət sonra o, hiss etdi ki, oğlu zəifləyir, işini itirən əri isə özünə başqa bir iş tapa bilmir. Bu zaman o, ciddi addım atdı: O, qadınlıq vəzifə və keyfiyyətləri üzərində ciddi çalışmağa, ailəsi ilə daha çox vaxt keçirməyə başladı. Bəzən vəziyyət çox gərgin olduqda belə bir əsaslı addım atmağa məcbur oluruq. Demirəm ki, qadın işləyə bilməz, onun öz şəxsi azadlığı olmalıdır, rəhbər qadın olmaq olar, amma evdə ailənin başçısının kişi olduğu bir atmosfer yaradılmalıdır. Emosional baxımdan qadınlar kişilərdən 9 dəfə daha güclüdür, odur ki, qadın psixi gücün köməyi ilə kişini depressiyadan xilas edə, hətta ölümdən qurtara və ya onların taleyini məhv edə bilər. Hansı istiqamətdə hərəkət edəcəyinizə özünüz qərar verməlisiniz.
Özümüzü niyə tərifləməli və öyməliyik? Qadın enerjisini necə artırmalı və hansı davranışları təqib etməliyik?
Hinduizmdə sədaqətli qadını ərinə zənginlik, xoşbəxtlik, müvəffəqiyyət və güc verən müqəddəslik ilahəsi Lakşimi ilə müqayisə edirlər. Bu qadınlar hər zaman yaxşı görünür, özlərini sevir və qulluq edirlər. Onlar hipernəzarətçi deyil, ərlərinin hər işinə müdaxilə etmir, onların öz hobbi və maraqları var. Qadın Lakşmi daxilən sakit olur, Kainata güvənir və dəyərini bilir, ərinə hörmət edir və özünü sevdirməyi bacarır.
Enerjini artırmaq üçün ilk növbədə əsl qadın kimi geyinmək lazımdır. Əgər qadın şalvarları bir kənara qoyub təbii materiallardan hazırlanan yubka və don geyinməyə başlayırsa, torpaqla əlaqə quraraq sabitlik, etibarlılıq və yumşaqlıq enerjisini yığmağa başlayır.
Çox yaxşı əminlik və güvən enerjisini yaradır, insanlarla pozitiv ünsiyyət qurur, müvəffəqiyyət və minnətdarlıq gündəliyi tutur. Hər gün başqalarının müsbət keyfiyyətlərini gündəliyə yazmaq və öz nailiyyətlərinizlə öyünmək vacibdir. Nikbin təcrübələrə köklənin, özünüzə və dünyaya münasibətinizi dəyişdirərək yaddaşınızdakı pis izləri dəyişirsiniz.
Bundan əlavə, xoşunuza gələn və özünə qarşı hörmət oyadan məşğuliyyətləri edin. Bu, xeyirxahlıq, yaxınına və ya heyvanlara yardım, təbiətə qayğı, şən və maraqlı insanlarla ünsiyyət ola bilər. Faydalı məşğuliyyətlər də daxili qorxuları aradan qaldırmaq üçün effektiv üsuldur.
Səslərin köməyi ilə də özünəminlik enerjisinə köklənə bilərsiniz. Bunu etmək üçün ən az 21 gün ardıcıl olaraq yaşıl Tara mantrasını dinləmək lazımdır. Bu musiqi qəlbinizi xeyir və sevgi ilə dolduraraq planlarınızı asanlıqla həyata keçirməyə kömək edir. Müqəddəs qadınlara dua etmək ilahi güc verir və dünyaya olan inamı artırır.
Fiziki məşq və ya fitnes bədən enerjisini dəyişdirərək onu müsbətə kökləməyə kömək edir. Əgər idmana vaxt tapa bilmirsinizsə, onda heç olmasa 3-5 dəqiqə rəqs edin. Bu, super effektivdir.
Qəzəb və inciklik emosiyası xüsusilə dağıdıcıdır, onlar büzdüm nahiyəsində və uşaqlıqda toplanır. Bunun üçün "cavan tozağacı" (şəklə baxın) pozasında dayanmaq, ayaqları və bədənin aşağı hissəsini maksimum yuxarı qaldırmaq qan dövranını, nəticə etibarı ilə energetikanı və insanın əhval-ruhiyyəsini dəyişdirir, bədənin yuxarı hissəsini və başı möhkəmləndirir. Yeri gəlmişkən, bu məşq cavanlaşdırıcı effekt göstərir.
Ðак воÑпоÐ

Kainata etibar etməyi öyrənin
Cinsəllik və qadının özünə inam hissinin artması üçün iki alt çakra vardır. Bəs bu gücləri necə artıra bilərsiniz?
Burada vizuallaşdırma təcrübəsi işləyir. Yerdə bardaş qurmaq, gözləri yummaq, sonra göbəkdə yerləşən Muladhara çakrasında qırmızı şanagüllə çiçəyinin açıldığını, onun sizi sabitlik və əmin-amanlıqla doldurduğunu təsəvvür edə bilərsiniz. Daha sonra göbəyin aşağı hissəsindəki Svadxistana çakrasında narıncı şanagüllə çiçəyinin getdikcə böyüdüyünü, eləcə də sizə seksuallıq və zənginlik enerjisi verdiyini təsəvvür edin.
Əgər qorxu, qeyri-müəyyənlik və gələcəyə dair ümidsizlik sizə sakitləşməyə, rahatlaşmağa və özünü qadın kimi hiss etməyə mane olursa, bu sözləri dualarınızda hər dəfə təkrar edin:
"Mən dünyayam, dünya mənəm. Kainata özüm kimi güvənirəm”.
Sakitləşənə və qorxu azalmayana qədər bu sözləri təkrarlayın. Bu möcüzəvi dua qapalı çakraları açacaq və ilahi qüvvələrə güvənməyə kömək edəcək.
Qadın energetikasını qiymətli və yarıqiymətli təbii daşların köməyi ilə necə artarmaq olar? Hansı daşlar qadın keyfiyyətlərinə bu və ya digər şəkildə necə təsir edir?
Müalicəvi gücə malik olan daşları bürcünüzə uyğun seçmək məqsədəuyğundur, lakin elə daşlar var ki, onlar hər bir qadına uyğun gəlir. Qadınların sevimli mirvari daşı özündə Ay enerjisini saxlayır. Odur ki, qadın mirvari taxmaqla bu planetin yumşaqlıq, təravət, rahatlıq, əmin-amanlıq, sülh kimi xüsusiyyətlərini özünə tərəf çəkir.
Venara qadın planetinin daşı yaqutdur. Onun enerjisi ailə həyatında münasibətləri yaxşılaşdırmağa, sevgi və gözəlliyin gücünü artırmağa kömək edir.
Brilyant mənəvi təmizliyi təmsil edir, o, zehni aydınlaşdırmaq, mənəvi dünyanı zənginləşdirmək, empatiya hissini artırmaq və xoşbəxtlik gətirmək kimi gücə malikdir.
Gemmoloqlar deyir ki, bu daşları hər gün taxmaq qadın gözəlliyini, özünə inamı hissini və cazibəsini artıraraq məziyyətlərini vurğulayır və həyatda layiqli ömür sürməyə kömək edir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı
Bir ay şəkər yeməsəniz nə olar?
Sabir Rüstəmxanlının qızı boşandı - Elçin aliment verəcək

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO