Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
208
az

Sınaq imtahanlarının nəticəsi açıqlandı - DİQQƏT

14:2303 Aprel, 2018
1497
  • A
 Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 3-də saat 12:45-dən etibarən elan edib.
 
Qurumdan Oxu24.com a daxil olan məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş  23579 abituriyentdən 256 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub.
 
Qeyd edək ki, aprelin 15-də və 29-da keçiriləcək növbəti sınaq imtahanlarına yazılış davam edir.
 
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
 
Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ
Azərbaycanda ağırçəkili şəxs xəstəxanaya çatdırıldı - VİDEO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü