Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13871
az

Bakıdakı Avropa Liqasının finalında anşlaq və yeni azarkeş rekordu olacaq

08:5429 May, 2019
1871
  • A
 
Bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyununda anşlaq olacaq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdullanın Oxu24.com-a verdiyi məlumata görə, hazırda satışda cəmi 100 bilet qalıb. Onların da gün ərzində satılacağı gözlənilir.

Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malik olsa da, UEFA-nın arenada quraşdırdığı studiyalar üzündən bu say 63 minə enib. Tribunalar tam dolacağı halda, bu, Avropa Liqasının (UEFA Kuboku) final oyunları tarixində rekord göstərici olacaq. Əvvəlki rekord göstərici 1999-cu ildə Rusiyanın paytaxtı Moskvada İtaliyanın "Parma" və "Latsio" komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. 20 il əvvəlki qarşılaşmanı 62 min tamaşaçı izləyib.

Qeyd edək ki, matç saat 23:00-da başlanacaq.


{banner_reklam}

Digər xəbərlər: "Arsenal" azarkeşləri Bakıda Mxitaryanın maykalarında gəzirlər - VİDEO

Bakıda dəhşətli qəza: Ata və oğul öldü-Hadisə anının VİDEOSU Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Son dəqiqə: Ermənistandan Qarabağla bağlı rəsmi açıqlama: Hazırıq...
Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM