Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1354
az

Səlim Müslümov infarkt keçirib? - Eks-nazirin köməkçisindən açıqlama

18:1503 May, 2018
2098
  • A
 Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov infarkt keçirərək, təcili şəkildə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.

Oxu24.com xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün "Ölkə.Az”ın əməkdaşı Səlim Müslümovun mobil telefonuna zəng edib.

Telefona cavab verən və özünü Səlim Müslümovun köməkçisi kimi təqdim edən şəxs xəbərin yalan olduğunu bildirib. O deyib ki, hazırda Səlim Müslümov istirahət edir və səhhətində heç bir problemi yoxdur:

"Səlim müəllim infakt keçirməsi və təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. Onun səhhətində hər hansı problemi yoxdur. Hazırda isə evində istirahət edir”.

Xatırladaq ki, Səlim Müslümov 2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ
Azərbaycanda ağırçəkili şəxs xəstəxanaya çatdırıldı - VİDEO
Kişilərə qızıl taxmaq olmaz, cinsi gücünüzü azaldır

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət