Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9854
az

\"Yeganə\" şadlıq sarayının rəhbəri barədə qərar çıxarıldı - Məcburi gətirilmə

21:3612 Fevral, 2019
489
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu24.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı şəhəri 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Lyudmila Rəhimova ifadə verib

O bildirib ki, zərərçəkmiş Akif Rəhimovun oğlu Rəhim Rəhimovun məhkəmə işində hüquqlarını müdafiə edib. R.Rəhimova qeyd edib ki, E.Babayevin 10 min manata ekspertiza rəyi almasından xəbərdar olub: "Həmin danışqları bilirdim. Elnurun 10 min manata qəzada ölən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacağını eşitsəm də, buna inanmadım. Sonra bu barədə Akif müəllimə danışdım. Ona bunun mümkün olmayacağını söylədim".

R.Rəhimovanın sözlərinə görə, E.Babayevin A.Rəhimovdan pul alınması prosesinə şahidlik etməyib.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş A.Rəhimov məhkəmə çağırışlara məhəl qoymur. A.Rəhimov polis vasitəsi ilə məhkəməyə gətiriləcək.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxardacağı vədi verib.

Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee" markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Çiyələk bu xəstəliyin qarşısını alır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Sabiq Baş pediatr Nəsib Quliyev özünü güllələdi