Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9844
az

\"Gördüm hər ikisi çılpaq vəziyyətdədir, oğlan qan içində idi\" — Oteldəki qətlin detalları

17:0612 Fevral, 2019
638
  • A
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 33 bıçaq zərbəsi ilə sevgilisini qətlə yetirən Günel Hüseynovanın məhkəməsi keçirilib.

"Ölkə.Az"ın xəbərinə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

İttihama görə, G. Hüseynova onunla rəsmi nikaha girəcəyi barədə verdiyi sözə əməl etməyən sevgilisi Vüqar Atakişiyevi "Grand" oteldə bıçaqlayaraq öldürüb.

G. Hüseynova özünü qismən təqsirli bildiyini deyib.

Hadisənin şahidi, polis mayoru Müşviq Cabbarov deyib ki, otelə gedəndə görüb hər yer qan içindədi:

"Pəncərələr sınıb, oğlan da ölmüşdü. Qadın isə həddindən artıq qorxurdu, əsirdi. "Ana, ana" deyə qışqırırdı.
Qız mənə dedi ki, Vüqar onun bakirəliyini pozub, amma onunla evlənməkdən imtina edib və başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb. Orda da oğlanı çox sevdiyini deyirdi. Mərhuma deyib ki, başqası ilə evlənsən də, yenə görüşək. Oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə onunla cinsi əlaqədə olduqdan sonra oğlanı qətlə yetirib”.

Digər polis əməkdaşı Ülvi Mirzəzadə deyib ki, qışqırtı səsini eşidərək otağa gedib və qapını sındıraraq içəri girib:

"Gördüm hər ikisi çılpaq vəziyyətdədir, oğlan qan içində idi. Qızın əlində bıçaq vardı, bıçağı əlində hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq zərbəsi vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin".

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Grand” oteldə baş verib. G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi boğazından və qoltuq nahiyəsindən bıçaqlayaraq öldürüb. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində ölüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO