Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9735
az

Azərbaycanda toy günü DƏHŞƏTLİ HADİSƏ: bakirə çıxmadı və...

21:1707 Fevral, 2019
2176
  • A
Bakıda nişanlısını intihar həddinə çatdırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Elvin Quliyevin (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com xəbər verir ki, ibtidai istintaq orqanı tərəfindən Elvin Quliyevə qarşı irəli sürülən ittihama əsasən o, 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş Samirə Əhmədovanı intihar həddinə çatdırıb.

Sosial şəbəkədə tanışlıq

Ali təhsilli olan Elvin Quliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında əyani təhsil alan Samirə ilə sosial şəbəkədə tanış olub. Onların isti münasibəti yaranıb və ilk dəfə Şamaxı şəhərində 2016-cı ilin mayın 17-də görüşüb, yaxından tanış olublar.

Bundan sonra onlar evlənməyə qərar veriblər.

Həmin görüşdən bir neçə gün sonra Elvin Samirə ilə evlənmək məqsədi ilə valideynlərini onun ailəsinin evinə elçi göndərib.

Samirənin valideynləri Elvinin yaxınlarına müsbət cavab veriblər.

İlk görüş, intim əlaqə

Bundan sonra Elvin ilə Samirə tez-tez görüşməyə başlayıblar. İyulun 29-da Elvin Şamaxı şəhərində yerləşən mənzillərdən birində Samirə ilə görüşüb. Həmin vaxt onlar ehtiraslı hərəkətlər ediblər.

Elvin toydan əvvəl Samirə ilə cinsi əlaqədə olub.

Bundan sonra, yəni avqustun 24-də Elvin Samirə ilə el adəti üzrə ə nişanlanmaqla onu özündən asılı vəziyyətə salıb. Nişanlanandan sonra Elvin Samirəyə qarşı əxlaq normalarına uyğun olmayan hərəkətlər edib.

Kafedə oxumaq, alçaldıcı hərəkətlər

O, Samirənin başqa şəxslərlə sevgi münasibətində olması, kafelərdə mahnı oxumaqla yüngül həyat tərzi sürməsini deməklə özünün yaxın qohumları, tanışları, eləcə də cəmiyyət arasında nişanlısının əxlaqı ilə əlaqədar mənfi rəy yaradıb.

Elvin mütəmadi olaraq Samirənin ləyaqətini alçaldıb.

Buna baxmayaraq, Samirə toya hazırlaşmaqla iyul-avqust aylarında cehizlərini Elvinin yaşadığı Bakı şəhəri, 9-cu mikrorayondakı mənzilinə yerləşdirib.

Toy hazırlığı və dava

Samirənin valideynləri toy məclisinin qurulması üçün müvafiq hazırlıq işləri görüblər, dəvətnamə paylayıblar, toy məclisini sentyabrın 7-nə təyin ediblər.

Toy günü təyin olunmasına baxmayaraq Elvin Samirənin telefon zəngləri və yazmış olduğu mesajlarını cavablandırmayıb. Sentyabrın 6-da görüşərkən onunla amansız rəftar etməklə planlaşdırılmış toyun baş tutmayacağını və onunla ailə qurmayacağını bildirib.

İntihar edən qız məktubunda nə yazıb?

Bu görüşün ertəsi günü Samirə belə bir məzmunda məktub yazıb: “Mən Samirə Əhmədova 23 iyun tarixində Elvin Quliyev ilə tanış oldum. 29 iyulda onun tərəfindən zorlandım, 24 avqustda nişanımız oldu və pozuldu. Mənimlə ailə qurmaqdan imtina etdi, ekspertizadan boyun qaçırdı. Yaşayacağımız binadan ataraq canıma son verəcəm. Hər şey üçün cavabdeh uşağımın atasıdır. Bu yazını özüm yazdım, imzamla təsdiqləyirəm”.

Nişanı qayıdan qızdan dəhşət

Məktubu yazan Samirə sentyabrın 7-də saat 15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon qəsəbəsində hündür mərtəbəli binanın 17-ci mərtəbəsinin ümumi istifadə edilən həyətə açılan eyvanından özünü yerə atıb.

Samirə aldığı xəsarətdən hadisə yerində ölüb.

Günahkar kimdir?

Binəqədi rayon Prokurorluğunda Samirə Əhmədovanın intihar etməsi ilə bağlı araşdırma başlanıb. Toyu günü atası evində məclis qurulan Samirə Əhmədovanın intihar etməsində günahkar nişanlısı Elvin Quliyev olması müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elvin Quliyevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

“Samirəni sevmişəm, el adəti ilə toy mərasimi keçirmək istəmişəm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Quliyev bildirib ki, 2016-cı ilin iyununda Samirə ilə tanış olub və avqustun 24-də nişanlanıblar: “Samirə ilə nişanlandıqdan sonra onun barəsində mənə müəyyən xoşagəlməz məlumatlar çatmağa başladı. Samirəyə ciddi hislərim olduğu üçün deyilənlərə inanmadım. Bunları Samirə ilə müzakirə edib, aydınlaşdırmaq istədim.

Samirə məlumatların az hissəsinin doğru olduğunu, o cümlədən ”Şəlalə” kafesində mahnı ifa etdiyini boynuna aldı. Artıq onunla bağlı məndə şübhələr yarandığından telefon zənglərinə cavab vermədim.

Mən Samirəni sevmişəm və el adəti ilə toy mərasimi keçirmək istəmişəm. Onu aldatmaq və ya hisləri ilə oynamaq niyyətim olmayıb. Samirə haqqında eşitdiklərimdən sonra toyu təxirə salmaq istəmişəm”.

Toyu günü qız niyə intihar edib?

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Elvin Quliyevin əməli sübuta yetirilməyib. Məhkəmə belə nəticəyə gəlib ki, Elvin Quliyev tərəfindən Samirə Əhmədovaya heç bir təzyiq göstərməyib.

Samirə Əhmədovanın bakirəliyi başqası tərəfindən pozulduğu üçün intihara əl atıb. Bu səbəbdən məhkəmə Elvin Quliyevin barəsində bəraət hökmü çıxarıb. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.

Bəraət verildi, prokuror narazı qaldı

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.

Prokuror Elvin Quliyev barəsində olan hökmün ləğvini, ona ağır cəza təyin olunmasını istəyib. Mərhumun atası da eyni tələblə apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə nə prokurorun protesti, nə də zərərçəkmiş tərəfin şikayəti təmin olunub.

Ali Məhkəmə də hökmü dəyişmədi

Bu qərardan narazı qalan hər iki tərəf Ali Məhkəməyə müraciət edib. Müraciətdə cinayət işinin apelyasiya instansiyasına qaytarılması tələb olunub.

Bu şikayətlər baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti, zərərçəkmiş tərəfin isə şikayəti araşdırılıb.

Tərəflərin şikayətlərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, prokurorun kasasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu