Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9608
az

Bakıda oteldə 14 yaşlı qızı zorladığı deyilən şəxsin məhkəməsində nələr oldu?

13:3504 Fevral, 2019
1609
  • A
  
Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində çıxarılan məhkəmə qərarından verilən şikayət üzrə iclas təxirə salınıb.

Oxu.Az-ın xəbərinə görə, məhkəmə kollegiyası cinayət işi materialları ilə tanış olmaq üçün prosesi fevralın 5-dək təxirə salıb.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə N.Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Lakin zərərçəkmiş tərəf məhkəmə qərarının dəyişdirilməsini və N.Əhmədovun həbs edilməsini tələb edir.

İddiaya görə, “Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da iddia edilir.

Qızın atası faktla bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində işi Nəsimi Rayon Polis İdarəsinə yönəldib. Həmin şəxs haqqında cinayət işi başlanıb. Cinayət işi üzrə məsələ ilə bağlı müəyyən materiallar və ziddiyyətli məqamlar nəzərə alınaraq faktla bağlı ekspertiza təyin edilib.

Ekspertizanın rəyi alınanadək isə N.Əhmədovun həbs edilməsi ilə bağlı polis və zərərçəkmiş şəxs tərəfindən vəsatət verilib.

Lakin ekspertiza zərərçəkmişin iddialarının əksinə olaraq, azyaşlının bəkarətinin pozulmadığına dair qərar çıxarıb.

Məhkəmənin qərarı ilə qarşı tərəfə ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş tərəf məhkəmənin və ekspertizanın çıxardığı qərardan narazı olduğunu bildirir.

N. Əhmədov barəsində Cinayət Məcəlləsinin 152.1 (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham irəli sürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

59 yaşlı usta sexdə ÖLDÜ
Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
İmişlidə dəhşət: İki yeniyetməni

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu