Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9333
az

Azyaşlını qəbiristanlığa aparıb zorladı, sonra anasına... - Azərbaycanda şok olay

21:5126 Yanvar, 2019
998
  • A
 Göygöl rayonunda azyaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Məlikovun cinayət işinə baxılıb.

Oxu24.com xəbər verir ki, İstintaq orqanın gəldiyi nəticəyə görə, Bəhram Məlikov 30 yanvar 2017-ci ildə, saat 17 radələrində həmkəndlisi, 2005-ci il təvəllüdlü Namil Rzayevi Göygöl rayonu Bəhrəmbəy kəndində məktəbin yaxınlığında yerləşən mağazanın qarşısında görüb.

Avtomobildə gəzdirmək adı ilə aldatdı

Bu zaman Bəhram idarə etdiyi "VAZ-2106" markalı avtomobilə Namili gəzdirmək adı ilə aldadıb. O, azyaşlını maşına mindirərək sürüb. Avtomobildə hərəkətdə olarkən Bəhram Nailə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Lakin Namil onun bu təklifini qəbul etməyib. Bu zaman Bəhram azyaşlını döyməklə hədələyib və avtomobilini həmin kəndin qəbiristanlığının yanına sürüb.

Qəbristanlıqda əxlaqsızlıq

Bəhram orada avtomobili saxlayaraq avtomobildən düşüb. Sonra öz şalvarını soyunaraq Namilə yenidən qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Namil Bəhramın təklifini bu dəfə də qəbul etməyib. Bu vaxt Bəhram Namili avtomobildən zorla düşərək, onun şalvarını soyundurub.

Avtomobildə cinsi əlaqə

Daha sonra Bəhram Nailə qarşı əxlaqsız hərəkətlər edib, sonra yenidən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Bu dəfə də Nail Bəhramın təklifini rədd edib, bu zaman o, Bəhramın zorakılığı ilə üzləşib. Bəhram niyyətini həyata keçirmək məqsədilə Naili zorla avtomobilin arxa oturacağına uzadaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Oğlu təcavüzə məruz qalan anadan şikayət

Həmkəndlisinin təcavüzünə məruz qalan Nail evlərinə gəlib və Bəhram tərəfindən başına gətirilən oyunu anasına danışıb. Oğlu təcavüzə məruz qalan ana polisə şikayət edib. Şikayət əsasında Bəhram Məlikov həbs edilib.

İstintaq orqanı tərəfindən Bəhram Məlikovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Bəhram Məlikovun barəsində toplanan material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Azyaşlı cinsi əlaqədə olmaq təklifi ilə razılaşıb?

Araşdırma aparılan zaman istintaq orqanını tərtib etdiyi ittiham tamamilə dəyişdirilib. Hökmdə qeyd olunub ki, Bəhram Məlikov Namil Rzayevə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Namil də onun təklifi ilə razılaşıb və bundan sonra onlar birlikdə avtomobillə Göygöl rayonunun Bəhrəmbəy kənd qəbirstanlığının yanına gəliblər. Orada Bəhram Namil ilə qeyri təbii yolla cinsi əlaqədə olub, on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər edib.

Maddə dəyişdirildi, cəza 3 il oldu

Hökmə görə, Bəhram Məlikova Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə insi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham verilib.

Məhkəmənin hökmü ilə Bəhram Məlikov 3 il müddətinə azadıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Prokurordan şikayət

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Bəhram Məlikova Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən yuxarı həddində cəza təyin olunmasını xahiş edib.

Bəhram Məlikovun vəkili də apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Hər iki tərəfin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, prokurorun və təqsirləndirilən şəxsin vəkilinin şikayəti təmin olunmayıb.

"Uşaqbaz”ın işi yenidən araşdırılacaq

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. O, Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

Prokurorun bu şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Prokurorun protestini araşdıran hakim heyəti sonda qərar elan edib.

Prokurorun protesti təmin edilib, Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınıb.

Bu səbəbdən iş materialları araşdırılması üçün yenidən Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə yenidən apelyasiya instansiyasında məhkəmə başlanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət