Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9276
az

İrandan Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi

15:0325 Yanvar, 2019
534
  • A
 
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 3 ədəd yumru uzunsov formalı bağlama və bir ədəd büküm aşkarlanıb. Baxış zamanı 3 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 165 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə-metamfetamin və bir ədəd bükümdə isə ümumi çəkisi 0, 35 qram təşkil edən tünd qəhvəyi rəngli narkotik vasitə - heroin, həmçinin həmin bükümün içərisində qəhvəyi rəngli, yumru formalı, üzərində "M40" yazısı olan 2 ədəd metadon və 2 ədəd "Clonazepam" həbləri aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir. Metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, "Clonazepam" adlı dərman preparatı isə Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ