Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9135
az

Biabırçılıq:İrandan gələn qadınlar saxlanıldı - Daxili orqanından narkotik çıxdı

15:2921 Yanvar, 2019
589
  • A
 Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları - iki qadın gömrük nəzarətindən keçən zaman özlərini şübhəli, narahat apardıqları üçün saxlanıb və şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı onlardan üzərlərində qadağan olunan və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmet, o cümlədən də narkotik vasitə və psixotrop maddələrin olub - olmaması soruşulub. Vətəndaşlar isə öz növbəsində üzərlərində gömrük nəzarətinə təqdim edilməli hər hansı predmetin olmadığını bildiriblər.

Lakin daxili orqanlarında narkotik vasitə gizlətdikləri ehtimal olunaraq onların tibbi müayinədən keçmələri qərara alınıb. Həkim yoxlamasından keçərkən qanunsuz əməllərinin üstünün açılacağını başa düşən qadınlar çıxılmaz vəziyyətdə qalaraq daxili orqanlarında narkotik vasitələr gizlətdiklərini etiraf ediblər.

Beləliklə, birinci qadının daxili orqanında 1 ədəd bükümdə ümumi çəkisi 49 qram olan, ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin və ümumi çəkisi 287 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər qadının daxili orqanında isə 1 ədəd bükümdə, ümumi çəkisi 236 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO