Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7719
az

Atatürk prospektində təhlükəli tapıntı – FOTO

23:1106 Dekabr, 2018
687
  • A
 Bakının Binəqədi rayonunda əl qumbarası, civə və partladıcı aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Oxu24.com-a verilən xəbərə görə, quruma Bakı şəhərinin Binəqədi rayonunun Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Binəqədi Rayon Polis İdarəsinin və FHN-in Mülki Müdafiə Qərargahı radiokimya laboratoriyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Aparılmış təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası və şüşə qabda 1 kiloqram civə maddəsi aşkarlanıb.

Ətrafda 500 kvadratmetr əraziyə yerüstü və 9 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə olaraq agentliyin mütəxəssisləri tərəfindən bir ədəd UZRQM partladıcısı tapılıb.

Şüşə qabda aşkar olunmuş 1 kiloqram civə maddəsi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına aidiyyəti üzrə təhvil verilib, bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı isə agentliyin mütəxəssisləri tərəfindən götürülərək məhv edilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əraziyə təkrar baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı