Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7261
az

Azərbaycanda toydan sonra GÖRÜLMƏMİŞ HADİSƏ: ikinci qardaş da eyni yerdə, eyni şəkildə öldü

12:2721 Noyabr, 2018
1044
  • A
Dünən gecə saatlarında Zaqatalada baş vermiş dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, axşam, saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Lada Priora” markalı avtomobili işıq dirəyinə vuran Kahayev Emil Şamil oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub. Belə ki, 29 yaşlı Emil rayon ərazisindəki “Aysel” şadlıq sarayında qohumunun toy mərasimində iştirak edib. O, toydan sonra içkili vəziyyətdə sükan arxasına əyləşərək yaşadığı Aşağı Çardaqlar kəndinə getmək istəyib. Qohumlarının gənc oğlana mane olmağa, onun sərxoş olması səbəbindən maşın sürməməsini demələrinə baxmayaraq Emil həmkəndlisi, 21 yaşlı Amid Şabanovla yola çıxıb. Bir qədər keçəndən sonra o, Danaçı kəndi ərazisində maşını sürətlə işıq dirəyinə vurub və hadisə yerindəcə keçinib. 21 yaşlı Amid isə xəstəxanada vəfat edib.

Bildirilir ki, vəfat edən Amid Şabanov subay, Emil Kahayev isə ailəli olub. Onun iki körpə qızı var imiş.

Qeyd edək ki, dünən qəzanın baş verdiyi yerdə - Danaçı kəndi ərazisində 2013-cü ildə Emilin böyük qardaşı Elçin Kahayev də idarə etdiyi “Nissan-Tiana” markalı avtomaşınla dəhşətli yol qəzası törədib və orada həlak olub. Həmin qəzada daha 1 nəfər də ölmüş, 3 nəfər isə xəstəxanaya yerləşdirilmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu