Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6633
az

İki dostdan DƏHŞƏTLİ HƏRƏKƏT: içdilər və gecə yarısı gəlib... - Azərbaycanda

09:1701 Noyabr, 2018
945
  • A
Şəmkirdə qətl törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Laçın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Laçın Məmmədov 2014-cü il noyabrın 24-də, gecə saat 03 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsi 14 saylı ünvanda yerləşən “Qaqalar market” adlı mağazada mağazanın sahibi Firuz Zamanovu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.

İçki məclisi

Belə ki, Laçın Məmmədov həmin gün yaşadığı Şiştəpə kəndində həmkəndliləri Anar Qurbanov, Zeynal Aslanov və Mirəli İbadullayev ilə spirtli içki içib.

Daha sonra Laçın Məmmədov Anar Qurbanovla birlikdə sonuncunun idarə etdiyi “VAZ-21015” markalı avtomobilə əyləşib, çaxır almaq məqsədilə saat 03.15-də Şəmkir şəhəri, H.Aslanov küçəsi 14 ünvanında yerləşən “Qaqalar market” adlı mağazaya gəlib.

Marketdə mübahisə

Anar Qurbanov maşını mağazanın qarşısında saxladıqdan sonra mağazaya daxil olub. Bu zaman Laçın Məmmədov Anar Qurbanovun satıcı İsrafil İsrafilzadə ilə mübahisə etdiyini görüb. O, özü də maşından düşərək, ora gəlib.

Laçın Məmmədov içəri daxil olaraq satıcıya Anar Qurbanovun sərxoş olduğunu deyib, aranı sakitləşdirib. Sonra bir ədəd çaxır alıb, Anarla birlikdə mağazadan gediblər.

Gecəyarısı dava

Həmin gün saat 03.23-də çaxır şüşəsinin ağzındakı tıxacı satıcıya açdırmaqdan ötrü Laçın Məmmədov Anarla birlikdə yenidən həmin mağazanın qarşısına gəlib.

Bu dəfə Laçın Məmmədovun özü içəri daxil olub, satıcı İsrafil İsrafilzadədən çaxırın qapağını açmağı xahiş edib. Bu zaman Anar Qurbanov yenidən içəri girib, çaxırın qapağını aça bilməməsini İsrafil İsrafilzadəyə kobud formada irad tutub.

Daha sonra Anar Qurbanov sonuncuya məxsus “İPHONE” markalı mobil telefonunu götürüb və İsrafil İsrafilzadəyə tərəf atıb.

Mağaza sahibinin qətli

Laçın Məmmədov əvvəlcə Anarın bu hərəkətlərinin qarşısını almağa təşəbbüs göstərsə də, həmin vaxt mağazaya daxil olan mağazanın sahibi Firuz Zamanov Anar Qurbanova iradına kobud formada etiraz bildirib.

Laçın Məmmədov Firuz Zamanova zor tətbiq edib, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Laçın Məmmədov sonra heç bir əsaslı səbəb olmadan Firuz Zamanovu qəsdən öldürmək qərarına gəlib.

İki zərbə və ittiham

Laçın Məmmədov bu niyyətlə üstündə gəzdirdiyi bıçaqla Firuz Zamanovun kürəyinə 2 dəfə zərbə endirib. Zərbənin təsirindən Firuz Zamanov hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Laçın Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

17 il həbs

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Laçın Məmmədov apelyasiya şikayəti verib.

Laçın Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızllqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Cəza yüngülləşdirildi, prokuror narazı qaldı

Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəfin nümayəndəsi Laçın Məmmədovun barəsində olan cəzanın daha da sərləşdirilməsini xahiş edib.

2015-ci il də Gəncə Apelyasiya Məhkəməsində hakim Elşad Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin olunub.

Məhkəmənin qərarı ilə Laçın Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Onun cəzası 11 ilə endirilib.

Bu qərardan prokuror kasasiya protesti verib. Prokuror Gəncə Apelyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti təmin olunub. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə Gəncə Apelyasiya Məhkəməsində şikayətə hakim Çingiz Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyasının qərarı ilə Laçın Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

 
Bu qərardan narazı qalan Laçın Məmmədovun müdafiəçisi kasasiya şikayəti verib. O, müvəkkilinin barəsində olan hökmün ləğv edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Laçın Məmmədovun müdafiəçisinin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Laçın Məmmədovun müdafiəçisinin kasasiya şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Çiyələk bu xəstəliyin qarşısını alır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Sabiq Baş pediatr Nəsib Quliyev özünü güllələdi