Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6599
az

ŞOK! Qaşıqçının ölümü səhnəsi təsdiqləndi: \"Boğmayın,asma xəstəsiyəm\" deyibmiş

10:4931 Oktyabr, 2018
1593
  • A
 Türkiyə mətbuatı qətlə yetirilən ərəb jurnalist Camal Qaşıqçı ilə bağlı sensasion məlumat yayıb. Oxu24.com xəbər verir ki, Habertürkün yazarı Sevilay Yılman Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Haspelə səs yazısının dinlədildiyini yazıb. Jurnalsitin iddiasına görə, Camal Qaşıqçı həmin səs yazısında "Etməyin, ağzımı bağlamayın!", deyərək kömək istəyib.

Habertürkün yazarı daha sonra Camal Qaşıqçının öldürülməsi səhnəsi ilə bağlı  hüquq mühafizə orqanlarından əldə etdiyi faktları qeyd edib. O,yazıb ki, Camal Qaşıqçı baş konsulun olduğu otaqda boğularaq öldürülüb. Əldə olan səs yazılarına görə, həmin vaxt Qaşıqçı "Etməyin,ağzımı bağlamayın. Asma xəstəsiyəm!", deyərək qışqırmağa başlayıb. Daha sonra Qaşıqçının səsi gəlməyib. Həmin vaxt otaqda olan digər şəxs Qaşıqçını boğan şəxsə "Yaxşı sıx,yaxşı sıx torbanı!" sözlərini deyib. bütün bunlar əldə olunan səs yazılarından məlum olub.

Cəmi 7 dəqiqədən sonra Camal Qaşıqçı boğularaq öldürülüb. Bundan sonra onun meyiti otağın içərisində yerə uzadılıb. Bu zaman otaqda olanlardan biri "Xeyli uzundur, amma öhdəsindən gələrəm" sözlərini deyib.Daha sonra Səudiyyə ərəbistanından gətirdiyi alətlə cəsədi parçalamağa başlayıb.Bu zaman otaqda olan digər şəxslərə cəllad musiqi qoşmağı göstəriş verib. Həmin cəlladın Muhammed Al Tubaigy olduğu qeyd olunur. O, Qaşıqçının meyitini parçaladıqdan sonra paketlərə yığır və parçalanmış cəsəd 5 ədəd çemodana yığılaraq binadan çıxarılıb. Əldə olan səs yazısına görə, Qaşıqçı düz 20 dəqiqə ərzində şaqqalara ayrılıb. 15:00 -da otaqdan çıxan qatillərin  əlində Qaşıqçının parçalanmış cəsədinin olduğu çemodanlar olub. İndi Türkiyə polisi Qaşıqçının parçalanmış meyitinin haraya aparılmasını araşdırır.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı