Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6584
az

Lotu Bəxtiyarı “VOR” edən Vasya ilə bağlı ŞOK FAKTLAR: İntihar, ya sui-qəsd? +VİDEO

15:3630 Oktyabr, 2018
1910
  • A
 O, ömrünün 40 ilini həbsxanalarda keçirib, bakılı Bəxtiyara ad verilməsi onun adı ilə bağlıdır. Söhbət "oğru-dünyası" nın əfsanəvi isimlərindən olan Vasya Brilyantdan gedir.

Femida.az onun dəhşətlərlə dolu olan həyat hekayətini təqdim edir:


Rəsmi adı Vladimir Petroviç Babuşkin olan Vasya Brilyant 1928-ci ildə 10 aprel tarixində Astraxanın Saratov quberniyasında anadan olub. SSRİ-dəki "kriminal dünyanın Allahı" kimi qəbul olunub. Müxtəlif məhkəmələrdə üst-üstə haqqında 90 il hökm oxunub.


40-cı illərin sonunda Vasya cibgirliyə görə Volskda tutulub. 1950-ci ildə Saratov məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsi isə 28 oktyabr 1949-cu ildən hesablanıb. Qazaxıstan məhkəməsi 1951-ci ildə Vasyanı 25 il azadlıqdan məhrum edib. Daha sonra Vasya yenə də Qazaxıstan məhkəməsi tərəfindən 25 il azadlıqdan məhrum olunub.

1965-ci ildə banditizmə görə 15 il, 1971-ci ildə Sverdlovskda daha 15 il azadlıqdan məhrum edilib.

O, hökm üzrə ona oxunmuş cəzaları heç vaxt axıra qədər çəkməyib. Həyatının 40 ilini həbsxanalarda keçirən Vasya Brilyant 3 dəfə həbsxanadan qaçıb.


Vasya Brilyant 1969-cu ildə Maxarbek Petroviç Karqayevi (Ruslan), 1970-ci ildə Eduard Pavloviç Krasnovu (Edik Krasnıy), 1978-ci ildə Georgi Qriqoryeviç Nijaradzeni (Jora Şahmatist), 1981-ci ildə Fərid Kəbiroviç Həbibullini (Fərid Rezanıy Kazanskiy) 1982-ci ildə Zima Vasyanı, Arkadiy Qriqoryeviç Çandekovu (Arkan), Oleq Viktoroviç Surkovu (Flyaqa), 1984-cü ildə Valeriy Əsgəroviç Beştapovu (Valera Tatarin) taclandırılıb. Vasya Brilyant ümumilikdə 30-a yaxın "qanuni oğru" adının veriməsinə nail olub.

Onların arasında bakılı Kərimov Bəxtiyar Ağababa oğlu da vardı. Bu hadisə 1982-ci ildə baş vermişdi.

Bəxtiyar 1976-cı ildə Bakı şəhər Xalq Məhkəməsinin qərarı ilə 5 il həbs cəzası almışdı. Maykopdakı uşaq koloniyasına yatab edilmişdi. Cəzasını tam çəkib qurtarmamış, 1977-ci ildə həbsxanadakı haqsızlıqla bağlı qiyam qaldırdığına görə, cəzası daha 3 il müddətinə artırılmışdı. Bundan sonra o, məhz Vladimir şəhərindəki "Vladimirskiy Sentral" a göndərilmişdi. 1982-ci ildə, elə Sentraldaca Vasya Brilyant, habelə məşhurluğuna görə ondan geri qalmayan Yakut ləqəbli Nikolay Yakutenko tərəfindən "qanuni oğru" adını almışdı… Bəxtiyar bir il sonra həbsdən azad edilmişdi. Düzdür, o, bir daha "Vladimirskiy Sentral"a qayıtmamışdı. Amma hər zaman, hər yerdə Sentralın necə amansız bir yer olduğunu danışarmış.

Sovetin qanuni oğruları məhv etmək planı, amansız “Ağ Ququş” katorqası

Cinayət dünyasına münasibətdə dövlət həmişə qeyri-adi addımllar atıb. Qanuni oğruları “sındırmağa”, onların avtoritetini əzməyə və lagerlərdə onlara qarşı qıcıq yaratmağa çalışırdılar. Elə bu fikirlə SSRİ Dazili İşlər Nazirliyi qanuni oğruların və avtoritetlərin saxlanacağı eksperimental lager təşkil edərək cani dünyasının “ayılarını” eyni yuvaya toplayır. Solikamska ИТК № 6 adlanan bu yuva, xalq arasında “ Ağ qu quşu” adlandırılmağa başlanır. 80-ci illərə kimi fəaliyyət göstərən lager, düşünüldüyü nəticəni verir. Bir damın altında 24 saat ünsiyyətdə olan oğrular bir-birini gəmirməyə başlayır. Hətta onları yer silməyə də məcbur etmirdilər. Əslində məqsəd başqa idi. Onlar residivistlərin (dəfələrlə cinayət edən adam) məktub yazaraq öz xoşuna haqq yoluna gəlmələrini və qanuni oğru tacından imtina etmələrini istəyirdilər. Bunun nəticəsidə “malyava” adlı oğrulara məxsus müraciət məktublar peyda oldu (Vasya Brilyantın Vladimir sentralında 1956-cı ildə yazdığı müraciət məktubu). Və eksperiment baş tutdu: 50-ci illərin sonu 30-cu illərin oğrularından yalnız 3% qalmışdı. Cəza çəkmə müəssisənin avtomobili son məhbusun meyitini götürəndən sonra sevinclə axırıncı qanuni oğrunun öldüyünü elan edir. Qanuni oğrular yox kimi idi, məhbusları guya bölmələrin rəhbəri idarə edirdi, oğru elitası adi cinayət qruplaşması sayılırdı... Amma yenə də həbsxanalardakı vəziyyəti qanuni oğrular idarə edir.

Qanuni oğruları klan kimi 80-ci illərə qədər qəbul olunmadı. Lakin yenidən qurulmaqda olan dövlət üçün cinayətkarlığı idarə etmək üçün yeni üsullar lazım idi. “Qanunçular” üçün yenə uzun və yuxusuz gecələr başlamışdı...

Bütün bu hadisələrin fonunda, nep dövrünün oğrusu Vladimir Babuşkin titulundan və klandan imtina etmir. Həyatı boyu bir gün belə dövlətlə əməkdaşlıq etməyən Vasya son illərini tək kamerada keçirdib. Başqa canilərə nümunə olmasın və onları hökumətlə əməkdaşlıq etməkdən çəkindirməsin deyə, dünya ilə ünsiyyət qurması tamamilə qadağan olunur.

Oğru qanunları yaşatmaq arzusu, son sözləri...

30 yanvar 1985-ci ildə cəzasını çəkdiyi Solikamska ИТК-6 yəni “Ağ qu quşu” həbsxanasında DİN-in mərkəzi aparatının əməkdaşı ilə görüşür. Həmin görüşdən bir hissə:

“Bütün cinayətləri oğruların üzərinə atmayın. Biz öz üzərimizdə oğrunun şərəfli xaçını gəzdiririk. O, sizin hakimiyyət tövlənizdən qat-qat təmizdir. Bu gün bizi qurban verirsiniz, sabah biz olmayanda sizin boğanızdan yapışacaqlar. Qardaşlar başa düşməlidirlər ki, bizi dağıtmaq istəyirlər. Bu külək haradan əsir? Deyəsən, Qərbdən. Görünür bizim birliyimizdən qorxub, bizi məhv eləmək istəyirlər. Onlar birinci zonalar hücum etdilər, sonra isə kordona keçdilər. Orada onlara Rusiyada qardaşlığın gücünün nə olduğunu göstərdilər. Yada düşdü? Mən Vladimir sentralında Bukovski ilə görüşmüşəm. O, cinayətkarların mürtədləri (hakim dindən ayrılmış şəxs) dəstəkləmək üçün “qardaşları” siyasətə cəlb etmək istəyirdi. Bizim sahibimiz yoxdur, amma onların hamısının sahibi Qərbdədir. Bizim tutuğumuz mövqe onların xoşuna gəlmədi. İndi Rusiya kimi, cinayət dünyası da sümük kimi boğazlarında ilişib qalıb”.

İntihar, ya sui-qəsd?

Bu söhbətdən sonra 70 yaşlı avtoritet çox yaşamır. Rəsmi məlumatlara görə, Babuşkin 1992-ci ildə özünü asıb. Amma oğru aləmində başqa məlumatlar gəzir: Brilyant öldürülüb. Oğru dünyasına görə, onun özünü öldürmə hüququ yox idi. Babuşkin isə bu qanunlara lazımından çox əməl edirdi. Öldürüməsinin səbəbi isə 90-cı illərdə həbsxanalarda başlaya ikili qanun sistemi idi. Bəzi redivistlər dövlətlə əməkdaşlıq məqsədilə bölmə rəislərinə “işləməyə” başladılar. Babuşkin isə “şərəf kodeksi” ilə azlıqlar arasında qalıb. Ola bilsin elə bu da onun öldürülməsinə səbəb olur.

Qeyri rəsmi məlumatlara görə isə, Babuşkin 1985-ci ildə DİX üzvü ilə danışıqdan sonra killer tərəfindən boğularaq öldürülür.

Babuşkin Solikamskada basdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ