Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6111
az

Gəncədə zəncirvari qəza: 6 avtomobil... - Xəsarət alanların adları məlum oldu

22:0414 Oktyabr, 2018
1527
  • A
Gəncə şəhərində baş vermiş zəncirvari avtomobil qəzasında xəsarət alanların kimlikləri məlum olub.
Şəhərin şərq çıxışında "QAZ-53" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Yoldan keçən bir neçə sürücü avtomobillərini saxlayaraq qəzaya düşən şəxsə kömək etmək istəyib. Bu zaman "Bakı-Gəncə" xətti üzrə işləyən "Mercedes" markalı avtobus qarşısındakı "Mercedes" markalı 2 minik avtomobilinə çırpılıb. Zərbənin gücündən həmin avtomobillər də digər maşınlara dəyib.
Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmasa da, minik maşınlarında olan 3 nəfər - Əliyev İlqar İsmayil oğlu (1967), Şirani Hüseyn Zahid oğlu (1993) və Verdiyeva Nərmin Alim qızı (1998) xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Daha bir neçə nəfərə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
***
Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin girişində qeydə alınıb.
Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb.
Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı