‡агрузка...

“Qucağında böyüdüyüm qadını 2 dəfə zorladım, üzünə baxa bilmədiyimdən öldürdüm” - 77 yaşlı qadını zorlayan gəncin ŞOK ETİRAFI

Füzuli rayonunda 77 yaşlı qadını zorlayaraq öldürən gəncin Ali Məhkəməsi olacaq.

Oxu24.com ölkə.az-a istinadən xəbər verir ki, 77 yaşlı qadını zorlayaraq öldürən Yaqub Abbasov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum  edilib.

Xatırladaq ki, 2018-ci ilin aprel ayında Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə apellyasiya məhkəməsi başa çatıb.

Yaqub Abbasov 2 dekabr 2016-cı ildə, saat 21-22 radələrində Füzuli rayonu Babı kəndində yerləşən çayxanada yeyib-içib. O, həmin vaxt spirtli içki qəbul edib.

Daha sonra Yaqub Abbasov gecə həmin kənddə yaşayan nənəsi Laçın Abbasovanın evində qalıb. O, dekabrın 3-də, gecə saat 3-də sərxoş vəziyyətdə siqaret almaq məqsədilə evdən çıxıb.

Lakin dükanlar bağlı olduğundan Yaqub Abbasov saat 4-də nənəsinin evinə qayıdan zaman Babı kənd sakini, 1939-cu il təvəllüdlü Lyuba Babayevanın evinin yanından keçərkən onda cinsi ehtiras oyanıb.

O, Lyuba Babayevanın evdə tək yaşadığını və qocalığı ilə əlaqədar ona müqavimət göstərmək iqtidarında olmadığını düşünüb, cinsi ehtirasını təmin etmək üçün Lyuba Babayeva ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlib.

Bu məqsədlə Yaqub Abbasov Lyuba Babayevanın yaşadığı evin həyətinin arxa tərəfindəki dəmir torun üstündən keçərək, həyətə daxil olub. O, evin arxasına açılan pəncərəni açaraq mənzilə girib.

Yaqub Abbasov Lyuba Babayevanın yatdığı otağa keçib. O, çarpayıda yatmış Lyuba Babayevanın üstünə örtdüyü adyalı çəkərək, yerə atıb. Bu zaman Lyuba Babayeva yuxudan oyanıb və ondan kim olmasını soruşub.

Zorla cinsi əlaqə

Yaqub Abbasov ona heç bir söz deməyib və Lyuba Babayevanın üstünə uzanıb. O, Lyubanın onu görərək, tanıya bilməməsi üçün sol əli ilə onun ağzını tutub, üzünü kənara çevirərək səsini çıxardığı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

Lyuba Babayeva çırpınaraq, müqavimət göstərmək istəsə də, gücü çatmadığı üçün tərpənə bilməyib. Yaqub Abbasov Lyuba Babayeva ilə zorla cinsi əlaqədə olub.

Bundan sonra o, yataq otağındakı stolun üstündəki dəsmalın arasında olan Lyuba Babayevaya məxsus 20 manatı götürək, aradan çıxıb.

Bundan başqa, Yaqub Abbasov 9 iyun 2017-ci il tarixdə, saat 22-də Füzuli rayonu Babı kəndində yerləşən çayxanada yenidən içki qəbul edib. O, sonra sərxoş vəziyyətdə gecə saat 12-də Lyuba Babayevanın evinin yaxınlığına gəlib. O, Lyuba Babayeva ilə təkrar zorla cinsi əlaqədə olmaq qərarına gəlib.

Bu məqsədlə Yaqub Abbasov 2017-ci ilin iyunun 9-dan 10-na keçən gecə, saat 03-də yenə də Lyuba Babayevanın yaşadığı evə girib. O, Lyuba Babayevanın yatdığı otağa keçərək, cinsi əlaqədə olmaq istəyib.

Yaqub Abbasov Lyuba Babayevanı zorlayarkən, sonuncu yuxudan oyanıb və əvvəlcədən özünü müdafiə etmək məqsədi ilə saxladığı bıçaqla müqavimət göstərməyə çalışıb.

Bu zaman Yaqub Abbasov 78 yaşlı Lyuba Babayevanı taxta döşəmə silənlə sifət və baş nahiyələrinə vurub. Yaşlı qadın aldığı zərbələrdən hadisə yerində ölüb.

7 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Yaqub Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 180.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham elan edilib.

Yaqub Abbasovun barəsində toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Yaqub Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Lyuba Babayevanı qətlə yetirməyib. Bildirib ki, yaşlı qadını əmisi qətlə yetirib, cinayət onun boynunda qalıb.

Məhkəmədə Yaqub Abbasovun ibtidai istintaqa verdiyi ifadəsi tədqiq edilib. O, həmin ifadədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisə barədə geniş danışıb.

"Uşaqlığım Lyubanın qucağında keçib"

İbtidai istintaqa təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub Abbasov bildirib ki, altı-yeddi yaşına kimi Füzuli rayonu Babı kəndində nənəsi Laçın Abbasova ilə birlikdə yaşayıb:

"Babı kənd sakini Lyuba Babayevanı uşaq yaşlarımdan tanımışam, onunla ədavətim və düşmənçiliyim olmayıb. 1996-cı ildə Sumqayıt şəhərinə valideynlərimin yanına getmişəm. O vaxtdan Sumqayıt şəhərində yaşamışam. Hərdən Füzuli rayonu Babı kəndində gələrək, nənəmlə birlikdə qalmışam. Vərəm xəstəliyindən əziyyət çəkən əmim Əlizadə Abbasov anası Laçın Abbasova ilə birlikdə yaşayıb. 2016-cı ilin noyabr-dekabr aylarında əmim vərəm xəstəliyindən müalicə olunmaq üçün Bakı şəhərinə gedib. Nənəm kənddə tək qaldığından, ona məxsus heyvanlara baxmaq üçün Bakı şəhərindən Füzuli rayonu Babı kəndinə gəlmişəm, nənəmlə birlikdə yaşamağa başlamışam".

Yaqub Abbasov bildirib ki, iyunun 10-da, saat 17 radələrində atası ilə birlikdə Sumqayıt şəhərinə gediblər:

"Hadisə barədə atama heç bir söz demədim. İyunun 11-də, səhər saatlarında əmim Mirzə atama zəng edərək Lyuba Babayevanın ölməsi ilə əlaqədar məni Füzuli rayon Polis Şöbəsindən çağırdıqlarını dedi. Bir saatdan sonra tanımadığım polis əməkdaşları məni Bakı şəhərində, 20 Yanvar metro stansiyasının yaxınlığından götürdülər, sonra Füzuli rayonu Polis Şöbəsinə gətirdilər. Polis şöbəsində törətdiyim cinayəti etiraf etdim".

28 yaşlı gəncə cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Abbasov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 5 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Yaqub Abbasov apellyasiya şikayəti verib. Onun vəkili Mehdi Cəlalzadənin imzası ilə yazılan şikayətdə qeyd olunub ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz və ədalətsizdir.

Yaşlı qadını zorlayaraq öldürənə bəraət istədi

Vəkil şikayətinin sonunda müdafiə etdiyi Yaqub Abbasovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkilin yazdığı şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

13 aprel 2018-ci ildə hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada Yaqub Abbasovun bəraət istəməsi barədə apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti apellyasiya şikayətinin dəlillərini müəyyən edəndən sonra qərar açıqlayıb. Qərara görə, Yaqub Abbasovun vəkili tərəfindən verilən şikayət təmin edilməyib.
loading...




Paylaş:


28-sen, 2018 689
Загрузка...
loading...