Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5521
az

Özü öldürən,meyiti qarın altından tapılan...- Azərbaycanlı qanuni-oğruların ŞOK ÖLÜM SƏHNƏSİ +

16:1525 Sentyabr, 2018
9503
  • A
 Azərbaycanlı "qanuni oğru”larla bağlı mövzular həmişə oxucular tərəfindən diqqətli qarşılanır.

Oxu24.com xəbər verir ki, kriminal aləmdə öz sözü və hərəkətləri ilə tanınmış azərbaycanlı "qanuni oğru”ların bir çoxu indi həyatda yoxdur, amma onların ölüm hekayətləri hələ də maraq doğurur. Onların bəzilərinin ölümləri ilə bağlı məlumatları musavat.com saytindan götürərək sizə çatdırırıq.

"Kürdəmirli Əlipaşa” (1956-1987) Əlipaşa Əliyev Azərbaycanda köhnə "qanuni oğru”lardan hesab olunurdu. 1956-cı ildə Kürdəmirdə anadan olan Əlipaşa kriminal aləmdə də "Əlipaşa Kürdəmirski” kimi tanınıb. Primecrime. ru saytı onun "maloletka”dan həbsə düşdüyünü xəbər verib. 1979-cu ildə isə Novoçerkassısk həbsxanasında cəza çəkib. "Əlipaşa Kürdəmirski” 1987-ci ildə Bakıda avtomobil qəzasında dünyasını dəyişib. Digər təfərrüatlar haqda bilgi yoxdur.

 "Lotu Bəxtiyar” (1959-1998) Bəxtiyar Kərimov "kriminal aləmin əfsanəsi” hesab olunur. Ona sonuncu dəfə 1996-cı ildə Bakı Şəhər Məhkəməsinin qərarı ilə 3 il həbs cəzası kəsilib. Bayıl türməsində cəza çəkən "qanuni oğru” 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi. Məzarı Novxanıdakı kənd qəbiristanlığındadır.

"Dağlı Cavanşır” (1967-1995) Cavanşir Ağayev əslən Xızıdan olduğuna görə oğru aləmində "Dağlı Cavanşir” kimi tanınıb. "Dağlı Cavanşir” SSRİ miqyasında qəbul edilmiş avtoritetlərindən biri olub. O, 1995 -ci ildə martın 22-də Bakıda Yasamal ərazisində MTN əməkdaşları ilə atışma nəticəsində güllələnərək öldürülüb. Məzarı Yasamal qəbiristanlığındadır.

"Mirseymur Nardaranski” (1963-2003) Mirseymur Abdullayev 1963-cü ildə Nardaranda doğulub. Kriminal aləmdə də "Mirseymur Nardaranski” kimi tanınıb. 2003-cü ilin may ayın 4-də Moskvadakı "Peşera” gecə klubunda güllələnərək öldürülüb.

"Sabiradablı Hikmət” (1956-2006) "Lotu Hikmət” təkcə MDB-də deyil, dünya çapında kriminal aləmdə nüfuzlu "qanuni oğru” hesab olunurdu. O, 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran "Mercedes-500" markalı maşınını minmək istərkən ona avtomat və tapançadan atəş açıblar. Məzarı Sabirabadda doğulduğu Kürkəndi kənd qəbiristanlığındadır.

 "Ağbaş Çingiz” (1954-2007) Cinayət aləmində böyük nüfuz qazanmış avtoritet Axundov Çingiz 1954-cü ildə Lənkəranda anadan olub. "Lotu Hikmət”in dostu, həm də "sağ əli” sayılan "Ağbaş Çingiz”in də qətli təxminən eyni ssenari üzrə icra olunub. Moskvanın Alabyan küçəsindəki binanın qarşısında avtomobilinə əyləşmək istərkən qətlə yetirilib. «Aqran-2000» tipli tapançadan 5 güllə ilə vurulan "qanuni oğru” oradaca həyatla vidalaşıb.

 "Qorbatıy Ramiz” Ramiz Muxtarov. "Lotu Hikmətin” əmisi oğlu olan "Qorbatı” (ləqəbini belində bir balaca əyrilik olduğuna görə veriblər) 2010-cu ildə qətlə yetirilib. Yerli mediaya yazır ki, həmin vaxt onun meyitini tapmaq mümkün olmayıb. Dostları, yaxınları onun çox axtarsalar da tapa bilməyiblər. Yalnız 9 ay sonra, qar əriyəndə onun meyiti üzə çıxıb. Onun da məzarı anadan olduğu Kürkəndi qəbiristanlığındadır.

"Masalli Mamed”(1961-2011) Azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə xüsusi nüfuza malik, "Masallı Mamed” kimi tanınan Məmməd Hüseynov 2011-ci ilin mart ayının 20-də cəza çəkdiyi 1 saylı müəssisədə dünyasını dəyişib. "Qanuni oğru”nun ölümünə səbəbin beyninə qan sızması olduğu deyilir. Hadisə 20 mart günü, günorta saatlarında baş verib. Məmməd Hüseynovun halı qəfildən pisləşib, onu xəstəxanaya çatdırıblar, həkimlər müdaxilə etməyə fürsət bulublar. Lakin arestantın həyatını xilas etmək mümkün olmayıb. "Masallı Mamedin” ölüm səbəbi kimi rəsmi diaqnoz beyninə qan sızması kimi göstərilib. Məzarı Masallı rayonundadır.

 "Lotu Qoca”(1972-2013) "Lotu Qoca” kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. Məlumata görə, "Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. "Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib. Məzarı Yasamal qəbiristanlığındadır.

"Rövşən Lənkəranski”(1975-2016) Rövşən Canıyev ("Lənkəranski”) 1975-ci ildə Lənkəranda anadan olub. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti azad olunub. Bundan sonra da bir neçə dəfə tutulub. 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə İstanbulun Barbarossa bulvarında qətlə yetirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Özü öldürən,meyiti qarın altından tapılan...- Azərbaycanlı qanuni-oğruların  ŞOK  ÖLÜM SƏHNƏSİ +

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO