Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5305
az

Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi - TƏFƏRRÜAT

17:3717 Sentyabr, 2018
1182
  • A
Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub.

Oxu24.com-un əldə etdiyi məlumata görə, cinayət hadisəsi xəyanətə görə baş verib.

Şamaxı rayonu, Pirbəhli kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, sevgilisi, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.

M.İbrahimova xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib. Onun vəziyyəti ağırdır.

İbrahimov Əmrah İbrahim oğlu polis şöbəsinə gələrək, könüllü təslim olub.

Qeyd edək ki, bundan əvvəl Ə.İbrahimovun həyat yoldaşını güllələdikdən sonra intihar etdiyi bildirilirdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı