Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5011
az

Arvadının pasportu əlinə keçdi,Dubaya getdiyini öyrəndi Və...- Azərbaycanda ŞOK OLAY+VİDEO

10:5905 Sentyabr, 2018
6528
  • A

Sumqayıt şəhər sakini Nəcəfova Xoşgül İzzət qızının əri tərəfindən evinin satılması və küçələrə atılması barədə məlumat vermişdik.


2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu Xoşgül Nəcəfovaya məxsus evi satdıqdan sonra onu küçələrdə qoyaraq Rusiya Federasiyasına qaçıb. Evlilikdən əvvəl Zaura Allahverdiyev Xoşgül Nəcəfovadan borc olaraq 23 min dolları qaytarmadığı üçün iş məhkəməyə qədər uzanmışdı.Bir müddət əvvəl Femida.az -a müraciət edən Xoşgül Nəcəfova Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi cavabdeh şəxs tərəfindən icra olunmadığını və müxtəlif bəhalərlə icradan yayındığını bildirmişdi.
Xoşgül Nəcəfovanın sözlərinə görə,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmasına baxmayaraq Zaur Allahverdiyev qanunlara tabe olmur. Bununla bağlı Ədliyyə Nazirliyinin İcra baş İdarəsinə dəfələrlə şikayət etmələrinə baxmayaraq tədbir görən yoxdur. Xoşgül Nəcəfova onu da bildirib ki, keçmiş həyat yoldaşı guya əlil olmasını və imkanı olmadığı əsas gətirərək icradan yayınır. Bunun yalan olduğunu bildirən xanım keçmiş ərinin müxtəlif məkanlarda dostları ilə normal şəkildə dincəldiyi fotoları da saytımıza təqdim edib.

Femida.az xəbər verir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası CMP-nin 292.1-ci maddəsinə əsasən Zaur Allahverdiyev barəsində CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Allahverdiyev Zaur Mənsim oğlu ola elan edilmiş ittihamda özünü qismən təqsirli bilib.Zaur Allahverdiyev ifadəsində bildirib ki,2009-cu ildə Xoşgül Nəcəfovanın evinin döşəməsini təmir etmək üçün gəlib və bu zaman aralarında münasibət yaranıb.Xoşgül Nəcəfova ona ərinin öldüyünü bildirdikdən sonra aralarında münasibət yaranmış və 23.000 dollar pulu həmin vaxt ondan borc alıb.Daha sonra rəsmi nikaha giriblər.

O,həyat yoldaşından ayrılma səbəbinə aydınlıq gətirərkən bildirib ki, Xoşgül Nəcəfovanın xarici pasportu təsadüfən onun əlinə keçəndə dəfələrlə Dubaya gedib-gəldiyini görüb və bu səbəbdən münasibətlərinin korlandığını bildirib.Həmin vaxtdan evdən çıxmasına baxmayaraq bu yaxınlarda rəsmi şəkildə keçmiş arvadından boşanıb.

Xoşgül Nəcəfovanın iddiasına görə,keçmiş əri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini 1-ci qrup əlil olduğunu bəhanə gətirərək yerinə yetirməkdən imtina edir. Zərərçəkmiş şəxsin iddiasına görə,keşmiş əri 1-ci qrup əlillik dərəcəsini saxta yolla əldə edib.

“Əslində o 1-ci qrup əlil deyil.Mən əminəm ki, o əlillik dərəcəsini saxta yolla əldə edib. Bununla bağlı əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm.Artıq məktubuma cavab da verilib.İş məhkəmədədir.Hər şey məhkəmənin qərarından sonra məlum olacaq,” deyə X.Nəcəfova saytımıza açıqlamasında bildirib.


Xatırladaq ki,Femida.az -ın məsələ ilə bağlı hazırladığı reportajdan sonra qeyd olunan məsələ ictimaiyyətdə böyük müzakirələrə səbəb oldu.Qısa müddətdə videoreportaja 1.252.982 baxış sayı gəlib.Həmin reportajı təkrar təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM