Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4709
az

Porno filmə çəkilən azərbaycanlı model məhkəmə qarşısında

09:5624 Avqust, 2018
2047
  • A
 Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Hüseynova Səbinə Rufiz qızı bəraət almaq üçün Ali Məhkəməyə müraciət edib.

“Ölkə.Az”ın məlumatına görə, S.Hüseynovanın məhkəmə prosesi  sentyabr ayının 5-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, ötən il dekabr ayının 15-də Səbinə Hüseynovanın Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə S.Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Fuad oğlu Babayevin 86 min dollarını, Adıgözəlova Günel Şirxan qızınında külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. Qeyd edək ki, G. Adıgözəlova siyasi elmlər üzrə fəlsəfə doktorudu.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə məhkəmə iclası zamanı dövlət ittihamçısı çıxış edib və S.Hüsynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.
R.Ayxanla birgə işləmiş tanınmış dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.

S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.

Səbinə Hüseynova 1990-cı illərin sonlarında xarici ölkələrin birində bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur