Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4431
az

Bakıda qadın ərə getmək istəmədiyi kişi tərəfindən öldürüldü

22:2211 Avqust, 2018
947
  • A
 Avqustun 10-da Bakının Xəzər rayonunda gənc qadın qətlə yetirilib.

Oxu24.com xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Xəzər rayonunun hüquq mühafizə orqanlarından bildiriblər.

Məlumata əsasən, 1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızı Buzovna qəsəbəsində yaşadığı evi qarşısında çox sayda bıçaq zərbələri alıb.
İstintaq qrupu şübhəli şəxsin kimliyini müəyyən edib.

Bu, daha öncə AR Cinayət Məcəlləsinin 128 (qəsdən yüngül bədən xəsarəti yetirmək) və 178 (böyük məbləğdə ziyan vurmaqla dəfələrlə fırıldaq əməllərinin edilməsi) maddələri ilə məhkum edilən, 1991-ci il təvəllüdlü Mərdanov Zəfər Rafiq oğludur. Mərdanov hələlik saxlanılmayıb, bu istiqamətdə iş aparılır.

Məlum olub ki, hadisə yerinə Mərdanov tanışı Zülfiyyə Şiriyevaya məxsus “Mitsubishi” markalı avtomobildə gəlib. Qətl hadisəsi ərazidə yerləşdirilən müşahidə kamerası ilə qeydə alınıb. Daha sonra cinayətkarın avtomobili Şağan qəsəbəsində aşkarlanıb.

Şiriyeva hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Müəyyən olunub ki, o, cinayət zamanı avtomobildə olub. Saxlanılan şəxs barəsində AR CM-nin 307-ci (cinayətin gizlədilməsi) maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq zamanı müəyyənləşib ki, cinayətin səbəbi mərhumun Mərdanova ərə getməkdən imtina etməsi olub.

Hümbətovanın azyaşlı uşağı qalıb. Faktla bağlı istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO