Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4346
az

TƏCİLİ :Azərbaycanda məmur silahlı hücuma məruz qaldı -

15:3208 Avqust, 2018
13742
  • A
 Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında bıçaqlanıb. F.Bayramovu bıçaqlayan şəxsin Beyləqan rayon sakini Fariz Fazil oğlu Azadzadə olduğu müəyyən edilib.

Oxu24.com  xəbər verir ki, Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin baş direktoru, professor Ədalət Həsənov faktı təsdiqləyib. Ə.Həsənov virtualaz.org-a bildirib ki, Fazil Bayramov öz otağında olduğu zaman Fariz Azadzadənin bıçaqla hücumuna məruz qalıb.

Məlum olub ki, 1989-cu il təvəllüdlü Fariz Azadzadə ötən ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş dava zamanı bədən xəsarəti alıb, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün "MTE və PA” ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib. "Dekabrın 29-da Birliyinin Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynun və sifətin sol tərəfində almış olduğu xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi; bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib”, - Ə.Həsənov deyib.

Ekspertizanın cavabından sonra Fariz Azadzadə iki dəfə Səhiyyə Nazirliyinin "Məhkəmə-Psixiatrik ekspertizalar Mərkəzi”ndə də ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçirilib. Dünən - avqustun 7-də əlində bıçaq məhkəmə-tibb eksperti Fazil Bayramovun iş otağına soxularaq "niyə mənə o vaxt yüngül dərəcə yazdın, indi mən səni öldürəcəyəm” deyərək, ona hücum edib. Nəticədə, Bayramovun biri döş qəfəsinə də nüfuz etməklə bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri endirib. Lakin məhkəmə-tibb ekspertinin fiziki müqaviməti sayəsində F.Azadzadə öz məqsədinə çata bilməyib və hadisə yerindən qaçıb.

Hadisə ilə əlaqədar Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, F.Azadzadə saxlanılıb və istintaq aparılır.

Hazırda Fazil Bayramovun sağlamlıq durumu qənaətbəxş olmaqla ciddi həkim nəzarətindədir, tibbi müayinələr davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR