Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4233
az

\"Əməlindən əl çəkmirdi, kişilərlə…\" – Bacısını öldürüb basdıran qardaşdan etiraf

17:5403 Avqust, 2018
882
  • A
 Goranboy rayonunun İrəvanlı kəndində bacısını öldürərək zirzəmidə basdıran şəxsin məhkəməsi başa çatıb.

Oxu24.com-un Report-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə Goranboy rayonunun İrəvanlı kəndində 6 il əvvəl bacısı, 1983-cü il təvəllüdlü Rəxşəndə Çingiz qızı Hüseynovanı öldürərək basdıran rayon sakini, 1985-ci il təvəllüdlü Aydın Çingiz oğlu Hüseynova hökm oxunub.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan A.Hüseynov məhkəmənin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rəxşəndə Hüseynovanın meyiti bu ilin mart ayında elə A.Hüseynovun yaşadığı evin zirzəmisində aşkarlanıb. Saxlanılan A.Hüseynov dindirilmə zamanı bacısını qısqanclıq zəminində öldürdüyünü və həyətlərindəki yardımçı tikilinin zirzəmisində basdırdığını bldirib.

"Bacım düzgün yolda deyildi. Ərindən boşanmışdı. Onu bir neçə dəfə döysəm də, pis işlərdən əl çəkmirdi. Boşandıqdan 3 il sonra bacıma dəfələrlə xəbərdalıq etdim. Ona "səni öldürəcəyəm” demişdim. O isə öz əməlindən əl çəkmirdi. Bir neçə dəfə bacımı başqa kişilərlə telefonla danışdığını görüb möhkəm döymüşdüm. Tez-tez onun başqa kişilərlə gəzdiyini eşidirdim. Hər dəfə belə bir şey eşidəndə onu döyürdüm. Sonuncu dəfə əsəblərimə hakim ola bilmədim və onu boğaraq öldürdüm. Öldürəndən sonra meyiti zirzəmidə basdırdım. Daha sonra bütün qohumlarıma dedim ki, bacımı evdən qovmuşam və o da qaçıb Bakıya gedib. Bir müddətdən sonra qohumlar bacımın axtarışlarına başlandığını görüb onlara bacımın Türkiyədə ailə qurduğunu və bundan sonra orada yaşayacağını dedim”, – o qeyd edib.

Qeyd edək ki, uşaq vaxtlarından atalarını itirən R.Hüseynova ailədə 2 qardaş və 3 bacı olublar.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO