Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3900
az

Nabranda itən 3 yaşlı uşağın axtarışına helikopter cəlb olundu (YENİLƏNİB)

14:3623 İyul, 2018
1184
  • A
İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

Oxu24.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

Əlavə məlumat veriləcək.
 
****
Xəbər verildiyi kimi, Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan itkin düşüb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb:

"22.07.2018-ci il tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Əlavə məlumat veriləcək”.

Uşağın itkin düşməsi haqqında Qafqazinfo.az-a danışan  3 yaşlı İsmayılın nənəsi Elnarə Novruzovanın sözlərinə görə, besetkada oynayan uşaq 5 dəqiqə ərzində yoxa çıxıb:

"Dünən səhər 11-ə qalmış Nabranda yerləşən "Mayak” otelinə getdik. Hadisə isə 12 radələrində baş verib. Mən balaca nəvəmi yedizdirirdim. Atası, babası da orada idi. İsmayıl da elə gözümüzün qarşısında oynayırdı. Başımı qaldıran vaxt uşağın orada olmadığını gördüm. Tez ətrafa, meşəyə, dəniz kənarına, bir sözlə, hər yerə baxdıq, ancaq tapmadıq”.

E. Novruzova bildirib ki, son olaraq uşağın əynində göy şortik olub:

"O boyda oteldə bir kamera yoxdur ki, haraya getdiyinə, başına nə iş gəldiyinə baxa bilək. Ağıllı uşaqdır, aktiv olsa da, heç vaxt başımıza belə bir hal gəlməyib. Dünəndən axtarışlar gedir, ancaq hələ də bir nəticə yoxdur. Görənlərdən xahiş edirik (055) 477 70 77 nömrəsi ilə əlaqə saxasın”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ