Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3630
az

Zirəddin Rzayev oliqarxın məşhur sevgilisinin sirli ölümünün üstünü açdı

12:4113 İyul, 2018
895
  • A
 Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Andrey Malaxovun "Birbaşa efir” ("Прямой эфир”) verilişinin qonağı olarkən rusiyalı oliqarxın sevgilisi, "Dom-2” realiti şousunun sabiqi iştirakçısı Anastasiya Tarasyukun ölüm səbəbini açıqlayıb.

Oxu24.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, verilişin yazısı "Rossiya 1” telekanalının "Youtube” hostinqində yerləşdirilib. Bu dəfə Andrey Malaxov öz verilişində iyunun 22-i cəsədi Moskvada yaşadığı elit yaşayış komplekslərinin həyətində tapılan Anastasiya Tarasyukun sirli ölümünün üstünü açmağa qərar verib. Şounun qonağı olan Zirəddin Rzayev vurğulayıb ki, gənc qızın şou əməkdaşları tərəfindən ona verilən bütün şəkillərini nəzərdən keçirib.

"Ola bilsin ki, kiməsə mənim sözlərimi ağrılı gəlsin, lakin mən əminliklə deyə bilərəm ki, o intihar edib. Heç bir qətl olmayıb. O, bundan əvvəl də bir neçə dəfə intihar etməyə çalışıb, ancaq nəsə ona hər dəfə mane olub” — deyə Zirəddin qeyd edib.

O, vurğulayıb ki, ona intiharın dəqiq səbəblərini demək çətindir, lakin aydındır ki, bu məsələdə onun doğmaları, yaxınları və sevdiyi şəxs günahkardır.
 
Zirəddinin sözlərinə görə, xaricdən o, həmişə həyatı sevən qız kimi görünüb, lakin o ruhən həmişə əziyyət çəkib, ağrıyıb. Ona görə də depressiyada olub.
 
Rzayev əlavə edib ki, Tarasyukun həm də zərərli vərdişləri olub – o çoxlu spirtli içki qəbul edib, hətta dostlarının arasında olanda dərmanlar da atıb. Lakin onu narkoman adlandırmaq da olmaz.

"Onu həmişə daima qəribə, qeyri-adekvat adamlar əhatə edib. O, yəqin ki, onların təsiri altına düşüb. Mən əminəm ki, o iki uşağı olan evli kişi ilə görüşüb” – deyə Rzayev bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü