Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35
az

Narkotikdən ölən onkoloji xəstəni şkafda gizlətdilər -

08:5528 Mart, 2018
1551
  • A
 Şirvan şəhərinin Heydər Əliyev küçəsindəki mənzillərdən birində meyit tapılıb.


Oxu24.com -un APA-ya istinadən xəbərinə görə, axşam saatlarında Şirvan şəhəri 20 yanvar küçəsi, 5p mənzil 43 ünvanından binanın 2-ci mərtəbəsinə qana oxşar mayenin axması barədə polisə müraciət edilib. Həmin ünvana gələn polis əməkdaşları qapının girişində şkafın içərisində kişi meyiti aşkar edib.

Məlum olub ki, şkafa yerləşdirilən meyit Ağsu sakini, 1962-ci il təvəllüdlü Məmmədov Cəmaləddin Abdulhəmid oğluna məxsusdur. Meyit Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə olunub.

C.Məmmədovun meyitinin şkafa yerləşdirilməsi onun qətlə yetirildiyi şübhələrini artırsa da, meyitin xarici müayinəsi zamanı onun üzərində heç bir xəsarət aşkar edilməyib. O da məlum olub ki, meyiti tapılan şəxsin ünsiyyətdə olduğu “Hepatit C” xəstəsi olan Mübariz adlı şəxs təxminən 10 gün əvvəl narkotik vasitə ilə saxlanılıb. Vaxtaşırı birgə yaşadıqları evdə narkotik vasitədən istifadə zamanı onkoloji xəstə olan Cəmaləddin Məmmədov artıq narkotik dozadan öldüyü ehtimal olunur. Ona görə də polis araşdırmasından yayınmağa çalışan Mübariz meyiti şkafa yerləşdirib, evdən çıxaraq meyiti harasa aparmağı planlaşdırıb. Bu zaman polis tərəfindən yaxalanıb. Bu səbəbdən də təxminən 10 gündən çox qapının girişində qalan meyit çürüməyə məruz qalıb.

Hazırda Şirvan Şəhər Prokurorluğunda əməliyyat-istintaq qrupu yaradılıb, hadisənin baş vermə təfərrüatlar araşdırılır.

Qeyd edək ki, 56 yaşlı Cəmaləddin Məmmədov martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanasından çıxaraq bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə mətbuatda məlumatlar da verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanıldı