Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
342
az

Metropolitenin mikroavtobusu qəzaya uğrayıb - Yaralanan var

23:2506 Aprel, 2018
1372
  • A

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Oxu24.com  "Report"-a istinadən xəbər verir ki, qəza Akif Hüseynov ad-soyadlı şəxsin idarə etdiyi Bakı Metropoliteninə məxsus "Hyundai" markalı mikroavtobusun Zabrat şosesində işıqforun yaşıl işığından sola dönən zaman qeydə alınıb.

Həmin vaxt yüksək sürətlə gələn 1990-cı il təvəllüdlü Ramazanov Əlibala Ağabala oğlu idarə etdiyi "10-CK-766" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə mikroavtobusa çırpılıb. Nəticədə Ə.Ramazanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bakı Metropoliteni əməkdaşının verdiyi məlumata görə, "VAZ"ın sürücüsü yüksək sürətlə hərəkət edib. Sürücünün yaxınları buna etiraz etdikləri üçün tərəflər arasında mübahisə düşüb.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı