Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3390
az

Elmar Vəliyevin mühafizəçisi başından vurulub -

16:2404 İyul, 2018
2607
  • A
 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.


Oxu24.com  Modern.az-a daxil olan məlumata əsasən xəbər verir ki, başçının mühaziçisi Qasım Aşbazov hazırda Gəncə Beynəlxalq Hospitalında müalicə alır. Q.Aşbazov xəstəxanaya daxil olan kimi, dərhal əməliyyata götürülüb. Amma həmin anda belə həyati təhlükəsi olmayıb. Mühafizəçi başından və böyründən iki güllə yarası alıb. Başına vurulan güllə beyinə nüfuz etmədiyindən həyati təhlükəsi yoxdur. Hazırda anlaqlı vəziyyətdədir, müalicəsi davam etdirilir.

Eyni zamanda, icra başçısı Elmar Vəliyevin həmin xəstəxanada müalicə almadığı vurğulanıb. Onun ümumilikdə səhhətinin normal, hər hansı həyati təhlükəsinin olmadığı qeyd olunub.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı