Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3324
az

Şəkidə dəhşət - Həkimi döyüb öldürdülər

09:2502 İyul, 2018
1904
  • A
 Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb. Onun döyülərək aldığı xəsarətdən öldüyü ehtimal olunur.

Oxu24.com -un  APA-ya istinadən verdiyi məlumata görə, Şəki (MRX) Təcili Yardım Şöbəsinin həkimi Şəki şəhər sakini 62 yaşlı Ələsgər Saleh oğlu Teymurov iyunun 30-u axşam saat 22 radələrində işdə olarkən qəfildən vəziyyəti pisləşərək vəfat edib. Şəki MRX-dan APA-ya verilən məlumatda Təcili Yardım şöbəsinin həkimi Ələsgər Teymurovun iş yerindən qəfildən ölməsi faktı təsdiqlənib və hadisə ilə bağlı rayon prokurorluğunda araşdırmanın aparılırdığı bildirlib.

Həkim Ələsgər Teymurovun yaşadığı küçənin sakinlərnin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Ələsgər Teymurovun vəfat etdiyi gün nahar saatlarına kimi qonşusu Şahin adlı şəxslə mübahisəsi baş verib. Mübahisə zamanı Şahin Ələsgər Teymurovun başına xəsarət yetirib. Ələsgər Teymurov axşam saatlarında MRX-nın Təcili Yardım şöbəsində növbətçi həkim olduğu üçün işə gedib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həkim Ələsgər Teymurovun iş yerində qəfil ölməsi faktı təsdiqlənib. Ələsgər Teymurovun meyiti üzərində məhkəmə tibbi-ekspertizanın aparıldığı, hadisə ilə bağlı bir nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü