Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3115
az

\"Səndən kişi kimi həzz almıram\" dedi - Əri boğazını kəsdi - BAKIDA

14:5024 İyun, 2018
1358
  • A
Bakıda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən Rasim Çəltikovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvəllüdlü Rasim Çəltikov həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Arifə Çəltikovanın boğazını kəsib. Qadın hadisə yerində ölüb.

Bıçaqla həyat yoldaşının başını kəsən Rasim Çəltikov hadisə yerindən qaçıb və ölkəni tərk edərkən tutulub.

Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş. Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra gecə Rasim Çəltikov məlum cinayəti törədib.

Məlum olub ki, hadisə vaxtı evdə onların qızı olub. Lakin o, atasının anasının boğazını kəsərək öldürməsindən hadisədən bir qədər sonra xəbər tutub və polisə xəbər verib.

Elan olunmuş ittiham üzrə Rasim Çəltikov özünü qismən təqsirli bilib. O bildirib ki, Arifə ilə 33 il əvvəl ailə həyatı qurub. O, qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.

Rasim Çəltikov deyib ki, Arifə öz istəyi ilə başqa evdə bir ailənin uşağına dayəlik edib: “İki ay özüm onu işə aparırdım. Onun işləməsinə razı deyildim. Sonra Arifə gecə növbəsində işləmək istədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı ilə aralarında mübahisə düşüb: “Bu səbəbdən Arifə məndən küsdü və atası evinə getdi. Sonradan Arifənin iş yerinə getdim ki, daha işləməsin. Amma sözümə baxmadı”.

Rasim Çəltikov qeyd edib ki, sonradan yaxın adamla qaynanasıgilə gedib və Arifəni evə gətirmək istəyib: “Mənimlə evə gəldi, razılaşdıq ki, ancaq gündüz növbəsində işləyəcək. Əvvəl bu qaydada çalışdı, sonra fikrini dəyişdi. İşlə bağlı Türkiyəyə getdi, bunu da məndən gizlətdilər. İçimdə şübhələr oyanırdı. Evi satıb, Rusiyaya getmək istədiyimi Arifəyə dedim. Razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonra onu işdən gecə götürdüm. Rusiyaya getmək istəmədiyini bildirdi”.

Rasim Çəltikov deyib ki, arvadı onunla intim əlaqədə olan zaman həzz ala bilmədiyini söyləyib: “Arifə mənə dedi ki, səndən bir kişi kimi həzz almıram. Mən də ona əsəbləşdim. Dedim, səni öldürəcəm. Sonra bıçaqla ona çoxsaylı zərbələr vurdum. Arifəni öldürmək niyyəti olmayıb. Amma məcbur qalaraq, bu cinayəti törətmişəm”.

Növbəti proses iyulun 2-də davam edəcək.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ