Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30
az

Yol polisi qayda pozaraq qayda pozanları radara salır

20:1427 Mart, 2018
1392
  • A
 
 

Bakı-Qazax yolunun Yevlax rayonundan keçən hissəsində yerləşən YPX postuna məxsus 99-YP-884 qeydiyyat nişanlı patrul avtomobilinin əməkdaşları yol hərəkəti qaydasını kobud şəkildə pozurlar.


YPX əməkdaşları Qazax istiqamətində yolun hərəkət hissəsinin sol kənarında duraraq radar qururlar. Patrul avtomobilinin həmin yerdə park edilməsi həm təhlükəlidir,həm də qanun pozuntusuzdur. Belə ki, “Yol hərəkəti haqqında qanunda” da göstərilib ki, nəqliyyat vasitələri yolun hərəkət hissəsinin sağ kənarında dayanmalıdır.

 

Həmin əməkdaşlar qayda pozan sürücülərə qarşı xidmət apardıqları halda özləri də qaydaları kobud şəkildə pozur. Bu isə mənasız və məntiqsizdir. Həmin patrul maşını daim hərəkətdə olduğu zaman daha çox qayda pozuntusu aşkar etmiş olar və daha çox sürücünün onları görüb yolda qayda pozmamasına gətirib çıxara bilər. Çünki bizim cəmiyyətdə sürücülərin əksəriyyəti məhz kamera və polis görəndə qayda pozmur. Polis də gizlənirsə, o zaman qayda pozanlar, qəzaya düşənlər də çox olacaq.

 

Video və fotono sosial şəbəkələrdə yayan Vüqar adlı sürücü bildirir ki, yol polisinin həmin avtomobili gün ərzində yüzlərlə sürücünü cərimələyir. Bu isə qanunsuzdur.

 

Xeyr. Burada qanunsuz heç nə yoxdur. Yollarda qayda pozmayana cərimə yazılmır. Cərimə olunanlar qayda pozanlardır. Onları haqlı saymırıq. Sadəcə olaraq, yol polisi qanunu təmin edərkən özü qayda pozur. Sürücülər də bunu qanunsuzluq kimi qələmə verərək yol polisinə qarşı mənfi imic formalaşdırmış olurlar.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda faciə: Iki qardaş birdən öldü (Video)
Azərbaycanda faciə: Böyük qardaşın meyiti,kiçik qardaşın huşsuz bədəni tapıldı (VİDEO)
Abşeronda ər arvadını

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət