Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
283
az

Efirdə dava – Qadınları tənqid edən ekspert verilişdən qaçdı

14:5205 Aprel, 2018
2063
  • A
 ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti verilişində də daha bir qalmaqallı ailə müzakirə olunub.

Budəfəki şikayətçi 18 yaşlı Bəşir olub. O, anasından boşandığı üçün atasından şikayətçi olub. Atası barədə sərt ittihamlar edən Bəşir bildirib ki, ona bağışlanan mağazanı bibisi əlindən alıb. O, bilmək istəyib ki, nəyə görə atası mağazanı bibisinin adına alıb.

Studiyadakı ekspertlər isə Bəşirin anasının boşandıqdan sonra yenidən evlənməsini kəskin şəkildə qınayıblar. Bu səbəbdən də aparıcı Rövşanə ilə ekspert qismində əyləşən hüquqşünaş Tahir Əlirzayev arasında mübahisə düşüb. Aparıcı fiziki qüsurlu Bəşirin üstünə gedilməsini və qadınlar haqqında bu cür ittihamı kəskin şəkildə pisləyib.

Ekspert Tahir Əlirzayev isə bu söhbətdən sonra studiyanı tərk edib:

“Atan sənə 18 yaşına kimi aliment verib, evini bölüb sizə verib. Bir ata daha nə etsin. Ana boşanmayaydı. Dərhal sonra da ərə gedib və bölünmüş evə yeni yoldaşını da gətirib. Anan ərə gedib, gedin yaşayın. Biz isti yuvasından çıxan qadın da görmüşük. Siz mövqe bildirməyin, aparıcısınız. Bizi bura niyə çağırmısınız. Qadınlar sevgidən də, evdən də qaçır. Qaçır alimentə”.





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur