Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2518
az

“Qadın qanlar içində küçədə sürünürdü...” - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI

11:2402 İyun, 2018
1522
  • A
 Dünən axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Sadıxcan küçəsi 13 ünvanında dəhşətli qətl hadisəsi baş verib.

Hadisə zamanı 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən ov tüfəngindən açılan atəş nəticəsində ağır yaralanıblar. Ana və qız 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər 17 yaşlı A.Cəfərovanın həyatını xilas edə bilməyiblər.

Oxu24.com  xəbər verir ki, musavat.com-un müxbiri hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən ərazidə olub, hadisənin şahidlərini dinləyib. Mərhum Aytən Cəfərovanın yaşadığı məhəlləyə daxil olan zaman hər kəs hadisənin şokunu yaşayırdı. Qonşuları bizə hadisənin baş verdiyi evi göstərərək, qətl hadisəsinin necə baş verməsindən danışdılar.





Cəfərovaların evində dəfn hazırlıqlarının getdiyinin şahidi olduq. Qapının önündə üzərinə qırmızı örtülmüş tabut qoyulmuşdu. Mərhumun yaxınları və qonşuları evin önündə toplanmışdı. Evə daxil olub, A.Cəfərovanın yaxınları ilə həmsöhbət olmaq istəsək də, bu, mümkün olmadı. Onlar hadisə barədə mətbuata danışmaq istəmədiklərini bildirdilər. Qeyd etdilər ki, mərhum saat 16:00-da Balaxanı qəbiristanlığında dəfn ediləcək. Ətraflı məlumatı yalnız qonşulardan öyrənə bildik. Adının çəkilməsini istəməyən qonşu hadisənin baş verdiyi anı belə xatırlayır: "Hamımız evdə idik. Axşam saat 10 radələrində qəfildən güclü səs eşitdik. Aydın idi ki, bu, tüfəng səsidir. Qonşu Nəriman kişinin evindən hay-haray qopdu. Nə baş verdiyini öyrənmək üçün onlara getdik. Çöldə asfaltın üstündə bir qadın qanlar içində sürünüb, çığırır, imdad diləyirdi. Yaxınlaşdıqda qadının qanlar içində olduğunu gördük. Üzü spis vəziyyətdə idi. Bir neçə dəqiqədən sonra Təcili Tibbi Yardım gəldi. Qızın anası Esmira xanım vurulduqlarını qonşulara xəbər vermək üçün sürünə-sürünə evdən çıxmışdı. Hadisə zamanı atası evdə deyildi, həmin an onu görmədik”.

Digər şahidlərin dediyinə görə, hadisəni törədən şəxs Balaxanı sakini Sabir Qədimovdur. Məlumata görə, o, qətlə yetirilən Aytən Cəfərovanın nişanlısı olub.
 
Qətlin baş verməsinə səbəb isə onların arasında qısqanclıq zəminində yaranmış mübahisə olub. Öyrəndik ki, Sabir Qədimov Cəfərovlar ailəsinin yaşadığı evin yaxınlığında ərzaq marketi işlədirmiş. Sakinlərin dediyinə görə, S.Qədimov qətli ov tüfəngi ilə törədib. Ov tüfənginin qundağı və lüləsi kəsik formada olub. İçəriyə daxil olaraq, ilk öncə qızı, daha sonra isə anasını vurub: "Hadisədən sonra dərhal yardım üçün qonşunun evinə getdik. Açılan atəş qızın kürəyini parçalamışdı. Çox güman ki, atəş yaxın məsafədən və sinəsindən dəymişdi. Ov tüfənglərinin xüsusiyyəti belədir ki, öndən dəyib, arxa hissəni parçalayıb çıxır. Eşitdiyimizə görə, atəş zamanı tüfəngdən sıçrayan qəlpələr anasının üzünə dəyib. Onun da ciddi zədə aldığını dedilər. Mətbuatda hətta qadının çiynindən və ayağından vurulduğu yazılmışdı. Anası Esmira Cəfərova hələ xəstəxanadadır, vəziyyəti ağırdır və qızı Aytacın ölümündən xəbəri yoxdur. Çünki hadisə zamanı yaralı vəziyyətdə çölə çıxaraq, küçədə huşunu itirmişdi”.

Məlumata görə, hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Onun həyatını xilas etmək mümkün olub, lakin sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Bu gün isə qətl hadisəsi törədən Sabiq Qədimov saxlanılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29-cu, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalüləli ov tüfəngi aşkar edilərək, götürülüb.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət