Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2309
az

Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb- Foto

16:5428 May, 2018
814
  • A
Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb.

Oxu24.com-un " Report"-a istinadən məlumatına görə, bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə itkin düşən yeniyetmə Ağayev Asim Faiq oğlunun atası Faiq Ağayev məlumat verib.

O bildirib ki, 2004-cü il təvəllüdlü oğlu Asim Ağayev bu ilin aprelin 23-də yaşadıqları Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun sözlərinə görə, Asim qardaşı Rafiq Ağayevlə birlikdə metronun "Koroğlu" stansiyasına doğru gedib. Həmin gündən etibarən evə qayıtmayıb.

Boyu 120 sm, orta bədən qurluşlu, Asim Ağayev evdən gedərkən əynində qara gödəkcə, cins şalvar və ağ rəngdə idman ayaqqabısı olub. Onu görən şəxslərdən (012) 454-22-22, (012) 454-19-17 və (050) 389-70-31 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Dava zamanı qulağını qopardı