Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2067
az

Cavidlə Elvinə 100 min “atıb”lar - ŞOK FAKT

21:0522 May, 2018
1282
  • A
 “Qəbələ” futbol klubunun futbolçuları Cavid Hüseynovla Elvin Məmmədov həbsdə olan tanışları Ayaz Məhərrəmovun onlardan 100 min manat alması barədə iddia irəli sürüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hər iki futbolçu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək A.Məhərrəmovun onlardan (Elvindən 60 min, Caviddən 40 min) birgə biznes qurmaq adı pul alın qaytarmadığını iddia ediblər. "Bandotdel" işi araşdırılması üçün Yasamal RPİ-yə göndərib və hazırda tədqiqat aparılır.

Əldə etdiyimiz məlumata görə, A.Məhhərrəmovla futbolçular arasında pul mübahisəsi uzun müddət əvvəldən davam edir. A.Məhərrəmov Elvin Məmmədova olan borcunun əvəzində öz evini onun adına keçirib. Hazırda Cavid Hüseynova da pulunun qaytarılcağına söz verilib.

Elvin Məmmədov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib və bu barədə geniş məlumat vermək istəmədiyini bildirib: “Biz problemi öz aramızda həll etməyə çalışırıq”.

A.Məhərrəmovun vəkili Ceyhun Yusifov da işin müzakirə olunmasını istəmədiklərini qeyd edib: “Hər iki tərəf ilə razılığa gələcəyik, Ayaz onlarla dost olub, oratada heç bir cinayət  yoxdur. Bu məsələnin barışıq formasında həll edəcəyik, buna görə də ictimailəşməsinin əleyhinəyik”.

Qeyd edək ki, A.Məhərrəmov bundan öncə tanışı Azadi Paşayevlə birgə Fərqanə Babayeva və yoldaşı Ramin Babayevdən  iş qurmaq adı ilə 194 min manat alıb. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ