Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20146
az

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma

16:2222 Noyabr, 2019
2242
  • A


Dünəndən Bakı Dövlət  Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə bir məqam var ki, bəlkə də çoxlarının diqqətini çəkməyib.

Verilən rəsmi xəbərlərdəzəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə bu məqama diqqət yetirilməyib? Kliniki Tibbi Mərkəzin Baş Toksikoloqu Azər Maksudov bildirib ki, zəhərlənmə hallarında ağzıdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin. “O tələbələr bəyəm sirkə içiblər? Yox kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağzıdan qan gəlmir.Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə bu baş verə bilərdi. Botulizm deyil.Bu olsa belə o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə ətraflı araşdırılma aparılmalıdır”.

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı